“Siyasi partiyalar haqqında qanun”a dəyişiklik edildi

“Siyasi partiyalar haqqında qanun”a dəyişiklik edildi

Hazırda oxunan: “Siyasi partiyalar haqqında qanun”a dəyişiklik edildi

56753

Bundan sonra bir şəxs bir və ya bir neçə partiyaya yardım edə biləcək. Amma bu yardım ildə bir dəfədən artıq olmayacaqon min manatla məhdudlaşacaq. Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçrilən plenar iclasında “Siyasi partiyalar haqqında qanun”a dəyişiklik zamanı müzakirə olunub. Dəyişiklik barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanunun 19.7 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianənin yuxarı həddi on min manatdan artıq ola bilməz. Qanunun 21.2 maddəsinə edilən dəyişikliyə əsasən isə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər ilin aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir. 21.6 maddəsinə edilən dəyişikliyə əsasən siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO