Müxalifət avropalı səfirlərlə birgə konfrans keçirməyi planlaşdırır. Moderator.az xəbər verir ki, bu məsələ bu gün siyasi partiyaların Birləşmiş Demokratiya və İnsan Haqları Mərkəzinin (DİHM) toplantısında müzakirə olunub. Siyasi partiyaların və AB üzvü olan dövlətlərin səfirliklərinin nümayəndələri ilə birgə Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməsinə həsr olunmuş dəyirmi masa keçirilməsi nəzərdə tutulur. Demokratiya və İnsan Haqları Mərkəzinin Dövlət Müstəqilliyi gününə həsr olunmuş növbəti konfransının 18 oktyabrda keçirilməsi haqqında qərar qəbul edilib. Siyasi məhbuslara işgəncə verilməsi ilə bağlı xəbərlərdən ciddi narahatlıq keçirən partiya sədrləri siyasi məhbuslarla görüşmək barədə qərar qəbul edi. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin uyğun qurumlarına müraciət etmək nəzərdə tutulub.

- A-
- A
- A+
Gündəm
20:55 / 24.09.2014
Müxalifət avropalı səfirlərlə birgə konfrans keçirəcək
Hazırda oxunan: Müxalifət avropalı səfirlərlə birgə konfrans keçirəcək
Hazırda oxunan: Müxalifət avropalı səfirlərlə birgə konfrans keçirəcək
56230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































