Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör baş prokuror Zakir Qaralovla görüşdə Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirib. Lakin A.Brasörün bu açıqlaması bəzi müstəqil eskpertlərin sərt etirazına səbəb olub.
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən tanınmış hüquqşünas Müzəffər Baxışov
A.Brasörü yalan danışmaqda ittiham edib:
“Əgər
AŞPA-nın sədri elə bir ifadə işlədibsə, onun bu qurumun sədri olmağa mənəvi
haqqı yoxdur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə və məhkəmə-hüquq
islahatları ilə bağlı görülən işlər imitasiya xarakteri daşıyır. AŞPA-nən özü dəfələrlə
bəyan edib ki, Azərbaycanda
heç bir məhkəmə-hüquq islahatı həyata keçirilmir. Sadəcə olaraq məhkəmə-hüquq
islahatları bir nəfərin tam nəzarəti altındadır. Məhkəmə-hüququ islahatları ilə bağlı 1995
və 2000-ci illərdə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının
müddəalarına zidd addımlar atılır. Azərbaycanda korrupsiyaya qarşı heç bir
mübarizə aparılmır. Korrupsiya ölkəmizdə ən yuxarı eşalondadır. Bu vaxta qədər
yuxarı eşalonda qərarlaşan insnaların biri də korrupsiya cinayətinə görə məsuliyyətə
cəlb ediib cəzalandırılmayıb. Bugünə
qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansısa müfəttişi,
hansısa icra nümayəndəsi və s korrupsiya hüquq pozuntusuna görə cinayət məsuliyyətinə
cəlb edilib. AŞPA sədrinin dediyi tam yalana söykənir. Tam məsuliyyətlə
bildirirəm ki, AŞPA sədri gözünü içinə kimi yalan danışır. Görünür,
Azərbaycanda olan “kürü diplomatiyası” AŞPA sədrinə də
təsir edib. O, “ kürü diplomatiyası” nəticəsində xoşallanıb, gözləri yumulub və bu ifadələri səsləndirib”.
Seymur Əliyev




























































































