Moderator.az xəbər verir ki, Abşeron Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Təhsil
şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb
direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə
20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində
şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin
308.2-ci(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq
tədbirləri davam etdirilir.


























































































