Bu qərarda yanlışlıq var...

Bu qərarda yanlışlıq var...

Hazırda oxunan: Bu qərarda yanlışlıq var...

55194
Moderator.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev kənd yerlərində işləməyə gedən gənc müəllimləri həvəsləndirmək üçün Təhsil Nazirliyinin ayırdığı pulun məbləğindən narazılığını bu fikirlərlə ifadə edib:

"Gənc müəllimləri kənd yerlərində işləməyə həvəsləndirən qərara edilən dəyişikliyə görə rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəbləri seçən müəllimlərin yol xərci 30 manat artaraq 100 manata, 20 km-dən yaxın məsafə üzrə yol xərci 20 manat artaraq 60 manata çatdırılıb. 
Bu məbləğin gəncləri ucqar kəndlrədə müəllim işləməyə nə dərəcədə həvəsləndirəcəyi başqa mövzudu. Amma Azərbaycanın əyalətlərində ictimai nəqliyyat sisteminin hazırkı durumundan yetərincə xəbərdar olan biri kimi deyə bilərəm ki, istənilən şəxs həftədə 4-5 gün işləmək şərtilə 20 km-dən artıq məsafəni qət etməli olsa, həmin 100 manatla gündəlik nəqliyyat xərclərini qarşılasa, sevinsin. 
Bəlkə səhv edirəm, bu qərarda yanlışlıq var. Yol xərcinin məbləği gənc müəllimin seçdiyi məktəbin rayon mərkəzindən yaxın-uzaqlığı ilə ölçülür. Halbuki burada əsas meyar həmin məktəbi seçən müəllimin yaşadığı faktiki ünvanla məktəb arasındakı məsafə olmalıdır. Məsələn, bu il yaxın qohumlarından biri test vasitəsilə öz yaşadığı kənddən 22 km uzaqda yerləşən məktəbdə işə düzəlib. Amma həmin məktəb rayon mərkəzindən 5-6 km uzaqlıqda yerləşdiyi üçün 100 deyil, 60 manat nəqliyyat xərci alacaq. Amma məsələn, elə şəxslər var ki, yaşadığı kənddən 3-4 km-lik məsafədə işləyir, amma həmin kənd rayon mərkəzindən 20 km uzaq məsafədə yerləşdiyindən 100 manat yol xərci alır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO