Mobil nömrələrin satışı və sənədləşməsi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək

Mobil nömrələrin satışı və sənədləşməsi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək

Hazırda oxunan: Mobil nömrələrin satışı və sənədləşməsi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək

54483
“Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar məlumatlarını “Elektron-hökumət” portalına daxil etməkdə maraqlıdır. Hazırda bununla bağlı Məlumat Hesablama Mərkəzi (MHM) ilə mobil operatorlar arasında danışıqlar gedir”.

Bunu APA TV-də efir gedən “Sosium” verilişinin  qonağı olan MHM-nin direktoru Nail Mərdanov bildirib.
 
“Mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Vətəndaşlar portala daxil olacaq və bu əməliyyatı onlayn şəkildə yerinə yetirə biləcəklər. Məsələn, mobil operatorla müqavilə bağlamaq və ya mobil nömrə almaq üçün diller mərkəzinə yollanmağa ehtiyac qalmayacaq”, - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO