Gənc alim və mütəxəssislər şurasının sədri Minsk şəhərində ezamiyyətdə olub

Gənc alim və mütəxəssislər şurasının sədri Minsk şəhərində ezamiyyətdə olub

Hazırda oxunan: Gənc alim və mütəxəssislər şurasının sədri Minsk şəhərində ezamiyyətdə olub

50536

AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc alim və mütəxəssislər şurasının sədri, doktorant, Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 2013-cü il İKT-2 qrant müsabiqəsində qalib gəlmiş “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin birinci mərhələsində nəzərdə tutulan işlərə müvafiq olaraq bu günlərdə Belorusiyanın Minsk şəhərində ezamiyyətdə olub. Mərkəzi Elmi Kitabxananın nəşrlərindən ibarət olan kitabları Belorus Mərkəzi Kitabxanasına hədiyyə edən N.Abdullayeva Belarus Milli Kitabxanasının (BMK) iş təcrübəsi, tətbiq olunan innovasiyaların, yeni İnformasiya-kommunikasiya texnologiyalarından istifadə prinsipləri və müasir xidmət növlərinin səviyyəsi ilə yaxından tanış olub. BMK-nın Elmi işlər və nəşriyyat fəaliyyəti üzrə direktor müavini Aleksandr Aleksandroviç Susha və İnformasiya Resurslarının formalaşdırılması üzrə direktor müavini Kuzminiç Tatyana Vasilyevna kitabxananın funksiya və vəzifələri, görülən işlər, yeniliklər ətrafında fikir mübadilələri aparılıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO