Moderator.az-ın məlumatına görə, Ərdoğan ötən gəlişində onu eyvandan dəstəkləyən balacanı unutmayıb. Arda adlı azyaşlı oğlan baş naziri qucaqlayaraq xəyallarının gerçək olduğunu deyib. Baş nazirlə balaca arasında bir müddət maraqlı dialoq gedib.
Arda Ərdoğana dərslərini yaxşı oxuduğunu və dərslərindən yüksək qiymət aldığını söyləyib. Baş nazir isə buna görə balacanın anasına təşəkkürünü bildirib.
Daha sonra Ərdoğanın qızı ilə də söhbət edən Arda ətrafdakı insanları xeyli güldürüb.
Sonda baş nazirlə şəkil çəkdirən balaca bu xoş təəssüratları dostları ilə bölüşəcəyini deyib.






























































































