“Ölkədə korrupsiyanın qarşısını almaq üçün ilk növbədə siyasi iradə lazımdır”. Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Namizəd Səfərov bildirib. Ekspertin qənaətincə, bunsuz korrupsiyaya qarşı mübarizə sahəsində hansısa uğura imza atmaq mümkün deyil:
“Dövlət səviyyəsində, dövlət tərəfindən hamıya bəlli olan korrupsiya olaylarına son qoyulması tələb olunmalıdır. Dövlət özü bu məsələdə maraqlı olmaldır. Lakin bəllidir ki, Azərbaycanda dövlət özü korrupsiyanın içərisindədir və bu səbəbdən də dövlətin bu istiqamətdə ciddi siyasi iradə ortaya qoyacağı sual altındadır. Indiki məqamda bu, mümkün və inandırıcı görünmür. Buna görə də korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirilən fikirlər, bu yöndə atılan addımlar sadəcə imitasiya xarakteri daşıyır”.
Ekspertin qənaətincə, hazırda ölkədə anti-korrupsiya tədbirləri adı altında reallaşan tədbirlər ictimai rəyə hesablanan formal addımlar kimi dəyərləndirilməlidir:
“Bu gün anti-korrupsiya adı altında həyata keçirilən tədbirləri dövlət tərəfindən korrupsiyanın qarşısının alınması ilə bağlı siyasi iradənin sərgilənməsi kimi xarakterizə etmək düzgün deyil. Bunların hamısı xalqın gözündən pərdə asmaq üçün edilir”.
Seymur Əliyev
































































































