Moderator.az xəbər verir ki, bir qrup Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü uğrunda fədakarlıq göstərmiş vətəndaşların ailə üzvləri dövlət başçısına, Milli Məclisə və əlaqədar qurumlara müraciət hazırlayıblar. Onlar ölkəmizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclər arasında Vətənə sevgi, məhəbbət hissələrinin gücləndirilməsi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətləri olan şəxslərin xidmətlərinin lazımı şəkildə təbliğ edilməsi məqsədi ilə bu müraciəti hazırladıaqları bildirirlər. Müraciətdə deyilir. “Azərbaycan Bayrağı” ordeni ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünü uğrunda fədakarlıq göstərmiş vətəndaşlarımıza xüsusi xidmətlərinə görə verilir. Bu ali mükafatla təltif edilənlərin sayı hal-hazırda 200 nəfərdən bir qədər çox olsa da, ümumilikdə sırf döyüş əməliyyatlarına görə bu ordenlə təltif edilənlərin sayı çox yüz nəfərdən bir qədər artıq olar. "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statusu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir.-- "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: - Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; - hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; - Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; - respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; - dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. Göründüyü kimi bu orden daha çox hərb sahəsi ilə bağlı olduğuna görə, onun fərqləndirilməsi də çox önəmlidir. Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Ölkəmizdə Milli Qəhrəmanları olan şəxslərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verili. Onlara dövlət tərəfindən müəyyən güzəşt və imtiyazlar da şamil olunur. Dövlət Milli Qəhrəmanlara, o cümlədən də şəhid ailələrinə müəyyən imtiyazlar ayırıb. Bu imtiyazlardan ən yüksəyi prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi ayda 1000 manat təqaüd alır. Milli Qəhrəman adı daşıyan şəhidlər vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçib. Odur ki, cəmiyyətin özünün də onlara və ailələrinə özəl münasibəti olmalıdır. dövlət ali məktəblərində təhsil alan Milli Qəhrəman övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir 211 nəfər şücaəti və qanı bahasına Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını həkk edib. İlk dəfə bu fəxri ada 1992 - ci ilin iyunun 6-da 11 nəfər layiq görülüb. "Milli Qəhrəmanlar vəfat edəndə şəhidlik statusu ilə dəfn edilirlər. Sonradan bu məsələ ortalığa çıxıdqda Milli Qəhrəmanların statusi ilə bağlı məsələ yenidən aktuallaşdı. 2013-cü ildə Milli Qəhrəman polkovnik Eldar Ağayev rəhmətə getdi. Onun dəfninin təşkili, qəbrüstünün götürülməsi və digər vacib məsələlər bir daha dövlətin bu problemlə məşğul olmasının vacibliyini gündəmə gətirdi. Bu baxımdan Milli Qəhrəmanlar haqqında qanun layihəsi hazırlanmalıdır. Bu məsələyə ciddi yanaşmaq lazımdır”. Azərbaycanda 211 Milli Qəhrəmandan yalnız 17-nin sağdırlar. Eyni qayda ilə “Azərbaycan Bayrağı! Ordenin daşıyıcılarının da sayı ümumilikdə götürdükdə o qədər də çox deyil. Adından da göründüyü kimi “Azərbaycan Bayrağı”ordeni əsasən ölkənin süverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında, həmçinin döyüş əməliyyatlarında xüsusi xidmətləri olan şəxslərə verilir. Bu yüksək mükafatı alanlar içərisində hətta elələri də vardır ki, onlar iki dəfə bu ordenə layiq görülüblər. Faktiki olaraq, onların göstərmiş olduqları hərəkət, “Azərbaycanın Milli Qəhrəmanı” statusunu daşıyan şəxslərin göstərdikləri mərdlik və igidliyə bərabər bir addımdır. Ölkəmizdə hal-hazırda “Milli Qəhrəman” ailəsinə dövlət tərəfindən verilən müavinatın miqdarı 1000 (min) manat müəyyən edilmişdir. Nədən belə bir diqqət və qayğı, “Azərbaycan Bayrağı” ordeninin daşıyıcılarına da şamil edilməsin? Nəzərə alsaq ki, bu gün Azərbaycanın üçrəngli Bayrağı ölkənin demək olar ki, bütün şəhər və rayonlarının, qəsəbə və kəndlərinin hamısında ən uca zirvədə dalğalanır. Ölkəmizin paytaxtı Bakı şəhərində dalğalanan və Dövlət Bayrağı Meydanında ən uca nöqtədə olan Azərbaycan Bayrağı (162 metr) dünyada Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Bir sözlə, dövlət tərəfindən üçrəngli bayrağımızla bağlı qəbul edilən hər bir qərar, atılan addım gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsində, o cümlədən Azərbaycan Bayrağının daha da populyarlaşması və əzizlənməsi üçün yaxşı stimul rolu oynayır. Bu gün ölkəmizin iqtisadi göstəriciləri sürətlə artmaqdadır. “Azərbaycan Bayrağı” ordeninin statusu, onun əhəmiyyətini nəzərə alaraq, dövlət bu ali mükafatın daşıyıcılarına, həmçinin döyüş əməliyyatları ilə bağlı verilən tapşırıqları yerinə yetirirkən həlak olmuş şəxslərin ailələrinə maddi dəstək göstərməsi cəmiyyət tətrəfindən çox müsbət qarşılanardı. Heç olmazsa, “Azərbaycanın Milli Qəhrəmanı” statusunda olan şəxslərə dövlət tərəfindən verilən maddi dəstəyin yarısı miqdarında onlara maliyyə dəstəyi həyata keçirilsə, bunun özü də, çox böyük stimul və ədalətli addım kimi qəbul olunar. Həmçinin, hökumət tərəfindən bu ordenin sahiblərinə, yaxud onların ailə üzvlərinə müəyyən imtyaz və güzəştlərin verilməsi məsələsi də həll edilərsə, bu da cəmiyyət tətfindən yaxşı qarşılanardı”. Müraciət müəllifləri yaxın günlərdə mətbuat kohfransı keçirərək məqsəd və məramlarını geniş ictimaiyyətə təqdim edəcəklərini bildiriblər.

- A-
- A
- A+
Gündəm
14:28 / 06.06.2014
Bir qrup vətəndaş ölkə başçısına müraciət hazırlayıb
Hazırda oxunan: Bir qrup vətəndaş ölkə başçısına müraciət hazırlayıb
Hazırda oxunan: Bir qrup vətəndaş ölkə başçısına müraciət hazırlayıb
47500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































