Arçil Çkoidze: “Gürcüstanda yaşayan erməni icması Şuşanın azad edilməsi ilə bağlı tədbir keçirəcək”

Arçil Çkoidze: “Gürcüstanda yaşayan erməni icması Şuşanın azad edilməsi ilə bağlı tədbir keçirəcək”

Hazırda oxunan: Arçil Çkoidze: “Gürcüstanda yaşayan erməni icması Şuşanın azad edilməsi ilə bağlı tədbir keçirəcək”

45827
Arçil Çkoidze: “Gürcüstanda yaşayan erməni icması Şuşanın azad edilməsi ilə bağlı tədbir keçirəcək”

“Məndə olan məlumata görə, Gürcüstanda yaşayan erməni icması Şuşanın azad edilməsi ilə bağlı tədbir keçirəcək”. 
Bunu Moderator.az-a eksklüziv açıqlamasında Gürcüstan politoloqu Arçil Çkoidze gürcü hakimiyyətinin ölkədə erməni icmasının Azərbaycana qarşı hazırlanan tədbirə icazə vermələri ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, bu məsələdə Gürcüstan hakimiyyətinin heç bir təqsiri yoxdur: “Şuşanın azad edilməsi ilə bağlı keçiriləcək tədbiri gürcü hakimiyyəti deyil, erməni icması hazırlayır. Gürcüstan demokratik dövlətdir. Burada istənilən insan, istənilən təşkilat öz fikrini söyləmək hüququna malikdir. Həmin erməni icması isə Gürcüstanda qeyri hökümət təşkilatı kimi qeydiyyatdan keçib. Gürcüstanda eyni zamanda çox sayda Azərbaycan icması da fəaliyyət göstərir. Gürcüstan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və burada Gürcüstan hakimiyyətini tədbir keçirən erməniləri dəstəkləmədə günahlandırmaq olmaz. Erməni təşkilatları axı yalnız Gürcüstanda deyil, bütün dünyada bu cür tədbirlər həyata keçirirlər. Ona görə də, bir daha təkrara edirəm ki, bu cür tədbirlərin keçirilməsində Gürcüstan hakimiyyətini təqsirləndirmək olmaz”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO