Əli Əhmədov: “Azərbaycanda satılan dərman preparatlarının qiyməti xeyli yüksəkdir

Əli Əhmədov: “Azərbaycanda satılan dərman preparatlarının qiyməti xeyli yüksəkdir"

Hazırda oxunan: Əli Əhmədov: “Azərbaycanda satılan dərman preparatlarının qiyməti xeyli yüksəkdir"

45684

“Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir”. 

Moderator.az xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov son günlər doğuş zamanı baş verən ana-uşaq ölümlərinə münasibət bildirərkən dilə gətirib. Ə. Əhmədov ki, bu kimi hallar araşdırılır. “Biz buna təəssüflənirik. Belə şeylər olmamalıdır, amma həyatdır, görünür bizim istəyimizdən asılı olmayaraq belə şeylər baş verir. Bu hallar araşdırılır, qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Belə hal diqqətdən kənarda qalmır”-deyən
Ə.Əhmədov vurğulayıb ki, bu gün ölkə  Prezidentinin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın.

 “Bu cür ana-uşaq ölümlərinin qarşısı kəskin surətdə alınsın, belə şeylər baş verməsin. Hər bir Azərbaycan vətəndaşının yüksək tibbi xidmət almaq hüququ var.

Bu hüququn təmin olunması istiqamətində işlər görülüb, infrastruktur yenilənib, dünya standartlarına uyğun xəstəxanalar tikilib istifadəyə verilib.

 Həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib o səviyyəyə çatmalıdır ki, Azərbaycandan kənara müalicəyə gedənlər olmasın”-deyə, baş nazirin müavini bildirib.  Baş nazirin müavini dərmanların qiymətinin süni artırılmasından da danışıb. Ə. Əhmədov qeyd edib ki, bu, çox aktual məsələdir.

 “Satılan dərman preparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu bəzi dərman satanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. Biz bunu aradan qaldırmağa çalışırıq”-deyən Ə.Əhmədov həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Nazirlər Kabinetinə dərman preparatlarının qiymətlərinlərinin azaldılması ilə bağlı birgə müraciəti üzərində iş aparılır.

 “Hesab edirik ki, Azərbaycanda satılan dərman preparatları çox da baha olmamalıdır. Digər tərəfdən isə Azərbaycanda real bazar münasibətləri mövcuddur.

 Apteklər də, dərman gətirənlər də, dərman ticarəti ilə məşğul olanlar da bazar münasibətləri çərçivəsində fəaliyyət göstərirlər. İndi bizim məqsədimiz ondan ibarətdir ki, bir tərəfdən azad bazar münasibətlərinin pozulması baş verməsin, ikinci tərəfdən isə dərmanlaırn qiymətləri süni şəkildə şişirdilməsin.

Azərbaycan vətəndaşlarının büdcəsinə dərman alması ilə bağlı böyük xərclər düşməsin. Bunun yolları axtarılır, gümna edirəm ki, tapılacaq.

Yaxın zamanlarda hesab edirəm ki, dərmanla bağlı süni qiymət artımının qarşısı alınacaq”-deyə, Ə.Əhmədov daha sonra sözlərinə əlavə edib.

 “Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tibbi sığortanın tətbiqini mümkün edəcək”. Bunu da Ə. Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir: “Bunun üçün çoxlu iş görmək lazımdır və asan məsələ deyil. Həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir.

Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik”.

 

Kamil Həmzəoğlu

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO