Zərdüşt Əlizadə: “Ermənilər yüksək rütbəli hərbçilərimizin övladının ad gününü belə bilir”

Zərdüşt Əlizadə: “Ermənilər yüksək rütbəli hərbçilərimizin övladının ad gününü belə bilir”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “Ermənilər yüksək rütbəli hərbçilərimizin övladının ad gününü belə bilir”

45096

Milli Məclisi sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov "Publika.az"-a müsahibəsində Ermənistan prezidenti Serj Sərkisyanın oturduğu kabinetin Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənildiyini bildirib. Bəzi siaysi ekspertlər isə hesab edir ki, Azərbaycanın bir tərəfdən özünü sülhpərəvr ölkə kimi təqdim etməsi, digər tərəfdən isə təhdid xarakterli bu cür fikirlər səsləndirməsi məntiqli deyil və belə bir mövqe ölkəmizin imicinə də müsbət təsir etmir.

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə məsələyə reallıqlar konteksində yanaşmağın daha doğru olduğunu vurğulayıb:

“Adətən düşmən münasibətdə olan dövlətlər bir-birlərinin ünvanına hədə-qorxu dolu fikirlər səsləndirirlər. Mən erməni mətbuatından oxumuşdum ki, ermənilər bizim yüksək rütbəli hərbçilərin övladlarının ad günlərini belə bilirlər. İndi Z.Əsgərov deyir ki, Sərkisyanın kabineti Azərbaycan ordusunun nəzarətindədir. Mən bu haqda heç nə bilmirəm. Bir şeyi bilirəm ki, Qarabağ 20 ildir ki, erməni işğalı altındadır. Bir şeyi bilirəm ki, bir milyondan çox insan qaçqındır. Bildiyim tək şey bundan ibarətdir”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO