Üzeyir Cəfərovun hərbçi qohumlarına təzyiqlər başladı

Üzeyir Cəfərovun hərbçi qohumlarına təzyiqlər başladı

Hazırda oxunan: Üzeyir Cəfərovun hərbçi qohumlarına təzyiqlər başladı

44755

Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, hərbi ekspert Üzeyir Cəfərovun hərbçi qohumlarına qarşı təzyiq kampaniyasına start verilib. Bu barədə Ü.Cəfərov özünün facebook-dakı statusunda məlumat verib. Statusda deyilir:

“Müdafiə Nazirliyinin rəhbərliyi orduda Üzeyir Cəfərovun qohum-əqrabasının "ov"una çıxıb. Özü də necə var möhkəm bu "işə"girişiblər. Kim tez mənim ordu sıralarında hazırda xidmət keçən yaxınlarımdan tapsa ya müdafiə naziri Zakir Həsənova, ya da onun birinci müavini- Baş Qərargah rəisi Nəcməddin Sadıkova məruzə etmək istəyirlər ki, özlərini "yaxşı oğlan" kimi göstərsinlər. Və bu "vacib əməliyyatda" bir gün də olsun döyüş bölgəsində olmaya-olmaya general-leytenant rütbəsni alan nazirin kadr siyasətini iflic vəziyyətə qoyaraq bu gün də ona-buna yaltaqlanmaqla xidmətini davam etdirən Çingiz Məmmədov çox cənfəşanlıq edir. Mənə çatan son məlumatlardan biri odur ki, artıq MN sistemində xidmət keçən kürəkənlərimdən biri haqqında yaxın günlərdə "qaynataya görə cəza" qərarı vermək istəyirlər. Burdan müdafiə naziri general Zakir Həsənova və onun əlaltısı rolunda olan, bir gün də olsun nə özü, nə də hazırda mayor rütbəsində olan oğlu cəbhədə xidmət keçməyən Çingiz Məmmədova qəti xəbərdarlıq edirəm. Əgər siz mənim kürəkənimi yenidən döyüş bölgəsinə göndərməklə mənə hədə-qorxu gəlmək, guya bu üsulla məni susduracaqsiniz kimi absurd fikri ağlınıza gətirirsinizsə, siz çox böyük səhv edirsiniz. Əvvala, mənim kapitan rütbəsində olan kürəkənlərimdən biri çox savadlı, alicənab və döyüş bölgəsində, o cümlədən bir neçə hərbi hissədə vaxtıykən müxtəlif vəzifələrdə xidmət keçmiş, bir neçə dil bilən peşəkar zabitlərdən biridir. Mənə dünyalar qədər əziz olan 2 azyaşlı oğul nəvələrimin qayğıkeş atasıdır. Siz məni əgər bu yolla susdurmaq fikrindəsinizsə, sizə xəbərdarlıq edirəm. Yanılırsınız və bağışlanmayan səhvə imza atmış olacaqsınız. Qısaca sizə və bilməyən dostlara demək istəyirəm ki, mənim kürəkənim H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini həm özü, həm də qardaşı müvəffəqiyyətlə bitirmiş zabitdir. Xidmətinə tağım komandiri kimi döyüş bölgəsində başlayıb. Düşmən arxasında öz əsgər və zabitləri ilə dəfələrlə vacib tapşırıqları yerinə yetirib. Bundan əlavə o tağım komandiri, 2 dəfə ayrı-ayrı hərbi hissələrdə bölük komandiri, sonra isə indiki vəzifəsində MN sistemində xidmət keçir. Erməni, rus, türk, ingilis dillərini mükəmməl bilir və xidmət etdiyi kollektivlərdə hər zaman özünə böyük hörmət qazanıb. Həmən MN-nin kabinetdə oturub general-leytenant rütbəsini təsadüfən almış Çingiz Məmmədovdan fərqli olaraq, o şərəflə vətən qarşısında xidmətlərini yerinə yetirib və bu gün də üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycana təşrif buyuran hərbçilərə sevə-sevə Silahlı Qüvvələrimizi təbliğ edir, onlara xalqımızı yaxından tanıtdırmağa, düşmənin məkrli niyyətlərindən ağızdolusu danışır. Mən bütün kürəkənlərimlə fəxr etdiyim kimi, onunla da qürür duyuram. Onu cəzalandırmaq "eşqinə" düşən və çiynində general-leytenant paqonlarını gəzdirən bu binəvaya və onun saysız-hesabsız əməllərindən bir qisminə diqqətinizi yönəldirəm. General-leytenant Çingiz Məmmədov çox tezliklə Hərbi Prokurorluğun qarşısında, həyat yoldaşı olan xanımın ehtiyatda olan gizir olmasına baxmayaraq Müdafiə Nazirliyinin hərbi hissələrindən birində MAYOR vəzifəsində xidmətdə olmasına və artıq illərlə dövlətdən külli miqdarda məvacib almasına, həmçinin oğluna yüksək vəzifə verməklə yanında şöbə rəisi vəzifəsində saxlamasına, Nəsimi rayonu ərazisində C.Məmmədquluzadə küçəsində dövlət tərfindən 4 otaqlı mənzili olduğu halda ölkə başçısını aldadaraq daha bir general mənzili almasına, həmçinin onun xidməti istifadəsində olan 00-90 MN avtomobilinin hansı qanuni əsaslarla ailə üzvlərinə - həyat yoldaşının H. Aslanov qəsəbəsindəki hərbi hissəyə iş yerinə, indi isə Biləcəri qəsəbəsindəki hərbi hissəyə səhər-axşam aparılıb gətirilməsinə, müharibə şəraitində olan ölkənin ordusu üçün ayrılan yüz tonlarla yanacaq-sürtkü materiallarını təyinatı üzrə sərf etməməsinə, MN-nin balansında olan bir neçə xidməti avtomobilin sıradan çıxarılmasına və digər məsələlərə aydınlıq gətirməli olacaq.

 Burdan müdafiə naziri Zakir Həsənova və onun kadr siyasətini bərbad günə qoyanlardan biri olan Nəcməddin Sadıkova səslənirəm. Sizə MN-nin rəhbərliyində dövlətə və xalqa xidmət üçün tapşırıqlar verilib. Sizin başqa-iş-gücünüz yoxdur ki, indi də belə çılız və yolverilməz metoda keçmisiniz? Siz özünüzü dövlət adamı, yoxsa küçədə lotuluq edən birisi kimi göstərmək istəyirsiniz? Döyüş görmüş general-mayor Altay Mehtiyevin özünü cəzalandırdıqdan sonra onun baş leytenant rütbəsində olan oğlunu da atasına görə cəzalandırmağınız, general-mayor Vaqif Rəsulovun mayor rütbəli qardaşını da bu şəxsin vaxtıykən Səfər Əbiyevlə bir yerdə xidmət keçməsinə görə cəzalandırılmasını, onlarla digər faktlarımı sadalayım? Yetər bu intriqalar. Yetər bu qisasçılıq. Ayıbdır sizə. Mən bir daha sizdən soruşmaq istəyirəm:bəlkə Müdafiə Nazirliyini özəlləşdirmisiniz və keyfiniz istəyən dost-tanışı, qohum-əqrabanı və sevimli zərif cinsdən olan xanımlarınızı "bərkgedən" vəzifələrə təyin etməklə, guya bunları zabit və gizilərin fərqində olmadıqlarını düşünürsünüz? Siz özünüzü çox cılız və ərköyün aparırsiniz. Bilmək istəyirsinizsə bu gün orduda mənim qardaşımın yeganə oğlu döyüş bölgəsində bölük komandiri, yaxın qohumum yenə döyüş bölgəsində taborun qərargah rəisi, saysız -hesabsız yetirmələrim həm MN, həm də bütün ordu birləşmələrində vicdanla xidmət keçirlər. Bəlkə onları da mənim ordu rəhbərliyinin yarıtmaz kadr siyasətinə, baş alıb günü-gündən atrmağa başlayan rüşvətxorluq və koorupsiya hallarına, coxsaylı əsgər ölümlərinə görə tənqidi çıxışlarıma görə gözümçıxdıya salasınız? Sonda onu demək istəyirəm ki, çox yaxın zamanlarda, mən bütün vasitələrdən istifadə edərək, dövlət başçısına Silahlı Qüvvələrdə mövcud olan vəziyyət ilə əlaqədar şəxsi məxfi müraciət ünvanlayacağam. Əgər o ilginc müraciətə reaksiya olmazsa, mən o müraciəti ictimaləşdirəcəyəm”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO