Ermənistanda azərbaycanlı killer tutuldu

Ermənistanda azərbaycanlı killer tutuldu

Hazırda oxunan: Ermənistanda azərbaycanlı killer tutuldu

44594

Moderator.az  Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyada biznesmeni qətlə yetirməkdə şübhəli bilinən killer Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Rusiyaya ekstradisiya edilib.

“2004-cü ildə Rusiya vətəndaşlığını almış Azərbaycan sakininin sifarişli qətl törətdiyi sübut olunub və o, Ermənistanla Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyatla yaxalanaraq Rusiyaya ekstradisiya edilib” - deyə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.


Məlumata görə, əməliyyat bu günlərdə keçirilib. Həmin şəxs 2012-ci ilin aprelində Moskvada sifarişli qətl törədib.

2012-ci il, aprelin 20-nə keçən gecə Moskvanın Beqovoy küçəsi, ev 2 ünvanında Qazaxıstan sakini olan biznesmen güllələnib. Killer ona 7 güllə vurub, güllələrdən 3-ü biznesmenin başına dəyib. Qazaxıstanlı biznesmenin Moskvada avtomobilyuma məntəqəsinin sahibi olduğu bildirilir.

Hadisə yerinə baxış zamanı cəsəddən 100 metr məsafədə səsboğucusu olan “PM” tapançası tapılıb, ekspert-kriminalistlər silahın killerə məxsus olduğunu müəyyən ediblər.

İstintaq çərçivəsində əməliyyatçılar killerin şəxsiyyətini müəyyən edə biliblər, ancaq həmin vaxta qədər cinayətkar Rusiyanı tərk edib.

Məlum olub ki, bu qətli Rusiyanın Vladimir vilayətinin 27 yaşlı sakini, milliyyətcə azərbaycanlı olan və 2004-cü ildə Rusiya vətəndaşlığını qəbul edən şəxs törədib. Qətli biznesmenlə kommersiya maraqlarına görə münaqişədə olan şəxs sifariş verib. Hazırda sifarişçinin axtarışı gedir. Ermənistanda tutulan azərbaycanlı killerin adı isə açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO