Bu gün həbsdə olan məşhur hüquqşünas Qurban Məmmədovun 55 yaşı tamam olur. Bununla bağlı Moderator.az-a açıqlama verən Milli Şura sədri Cəmil Həsənli Q.Məmmədovla bağlı arzularını dilə gətirib:
“Qurban Məmmədovu təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır, dözüm diləyirik. Arzu edirik ki, tezliklə bu nahaq işə son qoyulsun. Q.Məmmədov vətəndaş mövqeyi olan, bir hüquqşünas, bir vəkil kimi obyektivliyi ilə diqqət çəkən bir şəxsdir. Q.Məmmədov hər zaman öz sağlam mövqeyi ilə seçilib. Ona uğurlar arzulayırıq. Hesab edirik ki, Q.Məmmədov nahaqdan tutulub. Onun tezliklə azadlığa çıxmağını, ailəsinin, nəvəsinin yanına dönməyini arzulayırıq. Q. Məmmədovun məhkəmə proseslərində iştirak eləmişəm. Düzünü deyim ki, Q.Məmmədovun məhkəmə prosesləri sənədləşdirilsə, bundan yaxşı, maraqlı bir kitab çıxar. Q.Məmmədovun məhkəməsi bir daha göstərir ki, Azərbaycanda nə hüquq, nə də hüquqa qiymət mövcud deyil. Onu nahaqdan həbsə salıblar. Biz haqqın bərqərar olmasını, haqqın nahaq üzərində qələbəsini arzulayırıq”.
Seymur Əliyev




























































































