Eks-spiker Rəsul Quliyev Krım böhranı və Qərbin Rusiyaya qarşı mümkün siyasi-iqtisadi sanksiyaları barədə Moderator.az-a olduqca maraqlı və əhatəli şərh yazıb. Mövzunun aktuallığını nəzərə alaraq dünən oxuculara təqdim etdiyimiz yazını bu gün də manşetdə saxlamağı məqbul hesab edirik:
“1914-cü il birinci dünya müharibəsindən sonra dünya siyasəti qütbləşdi, faktiki demokratik ,insan haqlarının əsas faktora çevrildiyi ölkələrlə totalitar rejimlərin mübarizəsi fazasına keçdi.Birinci dünya müharibəsi 4 imperiyanın- Almaniya ,Avstriya-Macarıstan, Rusiya və Osman imperiyalarının dağılması və 10-larla yeni müstəqil ölkələrin yaranması ilə nəticələndi.
1-ci müharibədən ötən 20 il ərzində demokratiyaya qarşı müharibə aparan bir sıra ölkələr-İtaliya,İspaniya,Almaniya və başqaları yenidən totalitar rejimləri bərpa edə bildilər.
2-ci dünya müharibəsindən sonra bu qlobal xeyirlə şər arasında gedən müharibənin nəticəsi olaraq Böyük Britaniya imperiyası dağıldı, Asiya ,Amerika və Mərkəzi Avropada 10-larla yeni, müstəqil demokratik ölkələr yarandı, balans birdəfəlik demokratik quruluşların xeyrinə dəyişdi.
Avropa və ABŞ demokratikləşməni həm də hərbi yolla sürətləndirmək üçün NATO-nu yaratdılar. Ancaq Sovet imperiyasının nüvə silahına malik olması və daşıyıcı raketlərin mövcudluğu Qərbin mümkün olacaq hərbi təzyiqinin qarşısını aldı. Ona görə də Qərb Sovet İttifaqının 1956-cı ildə Macarıstanı və 1968-ci ildə Çexslovakiyanı sözün əsl mənasında yenidən işğal etməsinə heç bir müqavimət göstərə bilmədi.
Qərb sovetləri yerinə oturtmaq üçün iki strateji istiqamət müəyyənləşdirdi.
1. Hərbi xərcləri dəfələrlə artırmaq. Elmin son nailiyyətlərini yüksək texnologiyalı müasir silahlar istehsalına yönəltmək. Müasir texnologiyalı heç bir avadanlıqları sovetlərə satmamaq.
Nəticədə Sovet rejiminin effektsiz iqtisadiyyatı bu yarışda tam iflasa uğradı . Sosialist düşərgəsinin bütün ölkələrində vətəndaşların həyat səviyyəsi ildən -ilə daha da ağırlaşdı.
2.Sovetlərdə camaatın acından ölməməsi üçün taxıl satmaqdan başqa iqtisadiyyatın bütün sahələri Qərbdən izolyasiya edildi.
Bu siyasətin nəticəsində kommunist partiyasının baş katibi Leonid Brejnyev öldüyü 1982-ci ildə Sovet İttifaqının büdcə kəsiri 30 faizi ötmüşdü.Həmin ildə ABŞ-ın prezidenti seçilmiş Ronald Reyqan insanlarla heyvanlar arasında fərq qoymayan kommunist rejimlərinə barışmaz nifrət edirdi, xarici siyasətini ancaq və ancaq Sovetləri dağıtmaq üzərində qurmuşdu. Yüksək texnologiyalı müasir Amerika silahlarına qarşı adekvat silah yaratmaq şansını çoxdan itirmiş Sovet İttifaqı dövlət büdcəsinin 30 faizindən çoxunu köhnə texnologiyalı hərbi texnika istehsal etməyə xərcləyirdi. Məsələn, bütün NATO-nun 3 minə yaxın tankına qarşı 30 mindən çox tank istehsal etmişdi.
1985-ci ildə Qorbaçov hakimiyyətə gələndə ölkə nəinki elementar ət, yağ, şəkər və sair gündəlik işlədilən ərzaq məhsulları problemi qarşısında aciz qalmışdı,hətta çörəyin talon sistemi ilə verilməsi məsələsini müzakirə edirdi. Reyqanın ardıcıl siyasəti 1991-ci ildə Sovetlərin tam süqutu və 15 müstəqil respublikanın yaranması ilə nəticələndi. Sözsüz ki, belə bir prosesin baş tutmasında ilk növbədə baş katib Mixail Qorbaçovun, sonra Boris Yeltsinin fövqəladə rolunu qeyd etməmək mümkün deyil. Bir anlığa Sovet imperiyasının başında Putin kimi birisinin durmasını təsəvvür edin. Belə bir adam milyonların qanını axıdardı, ancaq imperiyanın dağılmasına imkan verməzdi.
Bu gün yaranmış vəziyyəti analiz etmək üçün Rusiyanın tarixinə nəzər yetirmək lazımdır.
9-10 ”“cu əsrlərdə Rus Kiyevi tarixi sözünün indiki Rusiya ilə əlaqəsi olmadığını (Ukraynalıların tarixləri Roma imperiyası yaranandan mövcud idi, Kiyev Rus kəlamıda 100 faiz ukraynalılara aiddir) və 12-ci əsrdən 15-ci əsrə qədər indiki Ukraynanın və Rusiyanın ərazilərinin Monqol Tatar dövlətinin tərkibində olduğunu nəzərə alsaq, birinci dəfə Rus knyazlıqları əvvəl monqol- tatar (16-cı əsrə qədər), sonradan Polşa- litva ( 17-ciəsrin əvvəllərinə qədər) dövlətlərinin protekti kimi mövcud olublar. Ruslar üçün heç vaxt haqq- ədalət,insan hüququ əhəmiyyət kəsb etməyib.Ruslar üçün öz vətəndaşlarının daima qanını axıdan,repressiyalar edən İvan Qroznı, 1-ci Pyotr, 1-ci Nikolay indiyə qədər ən önəmli milli qəhrəmanlar səviyyəsindədir. Demokratiyaya, insan haqlarını qorumağa meylli 2-ci Yekaterina ,1-ci Aleksandr, 2-ci Aleksandr ruslar üçün əhəmiyyətsiz fiqurlardır. Bu gün sorğu aparılsa totalitar rejim yaradan Putin xalqa azadlıq verməyə cəhd edən Qorbaçov və Yeltsini müqayisə olunmaz səviyyədə udar. Referendum keçirilsə, əhalinin 70 faizi RF-nın böyük şəhərlərində Putinin heykəlini qoymağa səs verər.Baxmayaraq ki, Rusiyanın intiligensiyası məsələn Azərbaycanla müqayisədə qat- qat yuxarıda dayanır. Rus intiligensiyası Azərbaycandan fərqli olaraq qorxmadan Putinin siyasətinə qarşı çıxır. Ən görkəmli adamları Putinin əleyhinə olan sənədlərə imza atır. Ancaq kütlə diktatorun tərəfindədir. Ona görə də Rusiyada həmişə intiligensiya ilə kütlə arasında çox dərin uçurum olub. İstənilən totalitar rejim yaratmaq cəhdi Rusiyada intiligensiyanın müqavimətinə rast gəlib. 1918-ci ildə Leninin intiligensiya ”˜”™qavno”™”™ sözləri bu gün də Putin üçün aktuallığını itirməyib. 18 və 19-cu əsrlərdə də Qərb ölkələri həmişə Rusiya ilə dil tapmaq və müharibə etməmək siyasəti aparıb.Çünki müharibədə insanların yox, neçə atın, neçə topun itirildiyini sayan ölkə ilə müharibə etmək çox çətindir. 20-ci əsr iki dünya müharibəsində tək Rusiyanın insan itkisi Almaniya, Böyük Britaniya,Fransa,İtaliya ,ABŞ və ümumiyyətlə 70 ölkənin total insan itkilərindən 1.5 dəfə çoxdur. Təssəvvür etmək üçün 2-ci dünya müharibəsində Azərbaycanın 4 illik müharibədə verdiyi insan itkisi, 7 il dünyanın bütün kontinentləri və okeanlarında müharibə aparan Böyük Britaniyadan çoxdur.
1991-ci ildə soyuq müharibənin qurtardığına inanan Qərb böyük ümidlə Rusiyada demokratik və hüquqi dövlətin yaranacağına inanırdı və həvəsləndirmək üçün addımlar atırdı. Təəssüf ki, 2000-ci ildə hakimiyyətə gələn Putin xalqın əzazil diktatoru sevməsi faktorunun qarşısında Yeltsin kimi dura bilmədi. Çeçenləri tualetdə moçit cümləsi ilə başlayıb addımbaaddım ölkəni avtoritarizmə sürüklədi. 2008-ci ildə RF-nın cənubi Osetiya və Abxaziyanı işğal etməsi Qərb üçün həyəcan siqnalına çevrilmədi. Bu gün Krımın işğalının əsas səbəbini Qərbin 2008-ci ildə Rus aqressiyasının təhlükəsinin dərinliyini anlamadığında axtarmaq lazımdır.
Qərb hələ də Rusiyanın heç bir məntiqə uyğun gəlməyən siyasətini anlaya bilmir. Qərb ərazisinə görə dünyada 1-ci, əhalisinə görə 9-cu, istehsal etdiyi məhsula görə 8-ci (təbii sərvətlər nəzərə alınmasa 30-cu) adambaşına məhsul istehsalına görə 60-cı yeri tutan RF-nın hansı məntiqlə qonşularına qorxmadan aqressiya etməsini anlaya bilmir. Qərb dünya müasir texnologiyasının 80 faizinin, ümumi məhsul istehsalının 70 faizinin cəmləşdiyi NATO ölkələrinə qarşı cəmi 1 faiz potensialı olan bir ölkənin meydan oxumasını anlaya bilmir və həqiqətən də anlamaq mümkün olmayacaq.
Qərb Rusiya siyasətində ancaq bir faktora söykəndiyini qəbul etmək istəmir. Həmin faktor artıq 200 ildir mövcuddur və 21 əsr olmasına baxmayaraq davam edir. O faktor Rusiyada insan həyatının qiymətinin sıfır olması faktorudur.
Dünyanın mövcudluğunun gözəlliyinin səbəbi burada insanların yaşamasıdır faktorunun Rus çarlarının anlamadığına və xalqın onun qarşısını almayacağına inanmaq istəmir.
Ancaq Krımın işğalı ilə əlaqədar Qərb həmin 2-ci sanksiyası ilə kifayətlənsə Putinin bundan sonra davam edəcək ən azı 20 illik çarlığında hələ bir çox aqressiyalarla rastlaşacaq. Zaqafqaziya ölkələrini protektinə çevirəcək, Qazaxstan və Orta Asiya ölkələrini Rusiya federasiyasının subyektləri elan edəcək. Pribaltika,Ukrayna, Belarus və Moldovanı yenidən işğal edəcək. Ona görə də Krım dünyanın SOS siqnalı olmalıdır.
Rusiya ən böyük nüvə potensialına malik olan və ondan istifadə etmək şansının yuxarı olduğu 1 nömrəli ölkədir. Çünki öz vətəndaşlarının həyatına qiymət verməyən ölkəni dünyada bütün insanların məhv olacağı maraqlandırmaz. Elə bu səbəbdən Qərb Rusiya ilə münasibətdə qətiyyətli mövqe tuta bilmir, başqa sözlə onun atacağı addımları proqnozlaşdıra bilmir və qorxur.
Ancaq daima Rus aqressiyası qorxusu altında yaşamaqda mümkün deyil. Və sözsüz ki, Qərbin, xüsusilə ABŞ-ın ağıl sahibləri Qərbin Krım hadisələrindən sonra dəyişilməyə məhkum olmuş strategiyasını hazırlayırlar.
Fikirimcə Qərbin strategiyasının əsas istiqamətləri aşağıdakılar olacaq.
İgtisadi blok
1.Avropanın Rus enerji mənbələrindən asılılığını minimuma çatdırmaq üçün
a) Ərəb ölkələri ilə danışıqlar aparıb neft istehsalını gündə azı 5 milyon barell artırmaq.
b) İranla nüvə silahı istehsalı ilə əlaqədar danışıqları başa çatdırmaq və neft və qaz eksportunu azı 70 faiz artırmaq.
d) Norveç və Şimal dənizində qaz istehsalını azı 30 faiz artırmaq.
c) ABŞ-da “Şell” qaz istehsalını artırmaq və bu qazın maye şəklində Avropaya göndərilməsinə başlamaq.
2.Yeni texnologiya və texnikanın Rusiyaya satılmasına embarqo qoymaq. Bu addım elan edilmədən də ola bilər. Məsələn, Sovet vaxtı elan edilməsə də bu iş görülürdü. İstənilən eksporta hökümət icazə verməlidir. Yəni bu çox asan bir proseduradır. Dövlət reestrində nələri hansı ölkələrə eksport etmək olmaz siyahısı qoyulur və satanlar ona tabe olurlar, vəssəlam.
3.Rus hərbi texnikasının və silahının xarici ölkələrə satışına mane olmaq. Məsələn, bu gün Rus silahının əsas alıcıları Hindistan, ərəb ölkələrindən bəziləri, latın amerikasından kimlərsə və sairələrdir. Qərb sadəcə olaraq Rus silahı alanlara satışda məhdudiyyət qoyacaqlarını elan etməlidir. Yəni RF-nın silah və hərbi texnika istehsal edən zavod və konstruktor bürolarını gəliri olmayan hökümətdən dotasiya alan müəssisələrə çevirmək lazımdır.
Siyasi blok
1.RF-nı ABŞ,İngiltərə,Almaniya, Fransa,İtaliya,Kanada, Yaponiya rəsmi 8-likdən çıxarıldığı elan olunmalıdır.
2. BMT-nın nizamnaməsində dəyişiklik edilməlidir. Təhlükəsizlik Şurası -beşlik ləğv edilməli, Braziliya, Almaniya, Türkiyə, Yaponiya, Kanada, Hindistan,Avstraliya,Meksika və Misiri daxil etməklə genişləndirilməlidir. Ölkələrin veto hüquqları ləğv edilməli və 3-də 2 səs qərarın qəbul olunduğu hesab edilməlidi.
3.RF-sı dövlətlərin ümumi ticarət birliyindən xaric edilməlidir.
Görülmüş tədbirlər RF-nın parçalanması və azı 4 subyekti olan konfederativ ölkəyə çevrilməsinə gətirib çıxara bilər. Nəticə etibarı ilə nüvə silahı bir əldə təmərküzləşməz və ya nüvə silahının tərksilahlanması baş verə bilər.
Dünyanı məhv edə biləcək (hətta Rusiyanın üzərində partlasa belə) nüvə potensialına malik olan Rusiyanı neytrallaşdırmağın yolunu bunda görürəm.
ABŞ 100 ildən çoxdur ki, super dövlətdir və bu statusunu saxlamaq dövlətin prioritet istiqamətlərindən ən əsasıdır. Ancaq RF ilə əlaqədar siyasət istər istəməz Çinə təzyiqi azaltmaqla nəticələnəcək. Çin bundan istifadə edərək Mərkəzi Asiya dövlətlərini və bütövlüklə Rusiyanı öz təsiri altına almağa cəhd edəcək. Özünü ali irq hesab edən və gələcəyin çinlilərə məxsus olduğunu qəbul edən Çin dövlətinin strategiyasında müharibə etmək siyasəti yoxdur.Yəni Çin heç vaxt heç bir ölkəyə hərbi təhlükə yaratmayacaq, ancaq iqtisadi hegemon olmaq siyasətindən də əl çəkməyəcək. Və Qərbin Rusiyaya qarşı aparacağı siyasət sözsüz Çinin ikinci super dövlət olması ilə nəticələnəcək. Sözsüz, amerikalılar çin mallarının bazarı tutmalarına başlarına rus atom bombasının və radiyasiyasının tökülməsindən daha çox üstünlük verərlər. Əslində Rus aqressiyasının qarşısını almaqda Çin Qərblə eyni cəbhədədir. Sadəcə olaraq bu mübarizədə daha çox qazanmaq istəyir."

































































































