Moderator.az xəbər verir ki, martın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin olunub.
Məlumat üçün qeyd edək ki, Asif Abbas oğlu Hacıyev Azərbaycan Dövlət Univerisitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə C.Naxçıvanski adına hərbi təmayüllü internat-məktəbdə tərbiyəçi-taqım komandiri işləyib.
1986-cı ildən keçmiş M.F.Axundov adına indiki BSU-da (keçmiş Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) işləyir. Bu ali məktəbin Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdindəki Dissertasiya Şurasının sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Universitetin ədəbiyyat nəzəriyyəsi kafedrasının professorudur.
2000-ci ilin mayından 17 mart 2014-cü il tarixinə qədər BSU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.