AXCP Müsavatla savaşı bitirdiyini bəyan etdi - Status

AXCP Müsavatla savaşı bitirdiyini bəyan etdi - Status

Hazırda oxunan: AXCP Müsavatla savaşı bitirdiyini bəyan etdi - Status

40243
AXCP  son günlər  Müsavat Partiyası ilə başlanmış  qarşılıqlı ittihamları dayandırdığını bəyan edib. Modearator.az xəbər verir ki, bu haqda AXCP  sədrinin müavini Fuad Qəhrəmanlı öz Facebook səhifəsində məlumat yayıb.
"Artıq bir mərhələ başa çatdı. 
İqtidarın Müsavat partiyasını Milli Şuradan ayırmaqla MŞ-nı iflasa uğratmaq cəhdi alınmadı. Bu prosesi Rüstəm İbrahimbəyov, Cəmil Həsənli başda olmaqla, ölkənin tanınmış ziyalıları, MŞ üzvləri və AXCP qınadı. Demək olar ki, demokratik düşərgə bu məsələdə siyasi yetkinlik və təqdir olunası birlik nümayiş etdirdi.
Bu mərhələdə prinsipiallıq göstərərək hakimiyyətin Müsavat partiyası vasitəsi ilə həyata keçirdiyi oyunları açıq və bir mənalı tənqid edən bütün dəyərli ziyalılarımıza, siyasətçilər və yazarlara təşəkkür edirik.
Artıq bu məsələyə diqqət ayırmağa gərək yoxdur, cəmiyyət hər şeyi bildi. 
İndi irəliyə baxmaq gərəkdir.
Bizim hədəfimiz iqtidardır. AXCP olaraq biz 2014-cü ildə təşkilatımızı gücləndirmək və bu rejimə qarşı mübarizəni daha da genişləndirmək üçün fəaliyyət planı qəbul etmişik. Bütün güc və potensiyalımızla ölkəmizin kriminal-avtoritar rejimdən azad olunması yönündə mübarizəni davam etdirəcəyik."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO