Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayətinə baxılacağı tarix məlum olub.Moderator.az-ın “Media forum”-a istinadən məlumatına görə, şikayətə yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.
Apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin qərarının ləğv olunması, Muradverdiyevə bəraət verilməsi və azadlığa buraxılması istənilib.
Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib.
Hazırda Muradverdiyev Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisində müalicə olunur.





























































































