Bələdçilərin “Azərbaycan Dəmir Yolları”na qarşı iddiası üzrə məhkəmə başlayıb

Bələdçilərin “Azərbaycan Dəmir Yolları”na qarşı iddiası üzrə məhkəmə başlayıb

Hazırda oxunan: Bələdçilərin “Azərbaycan Dəmir Yolları”na qarşı iddiası üzrə məhkəmə başlayıb

39923
Bu gün Nəsimi Rayon Məhkəməsində vaqon bələdçilərinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımalar Departamentinə, həmin cəmiyyətin Həmkarlar İttifaqı Təşkilatına və Bakı Vaqon Deposuna qarşı iddiaları əsasında məhkəmənin hazırlıq iclası keçirilib.
Moderator.az-ın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı fevralın 5-nə təyin edilib.
 Qeyd edək ki, vaqon bələdçiləri əmək haqlarında olan ayrı-seçkiliyin aradan qaldırılması, sosial müdafiənin təmin olunması, qanunvericiliyə əməl olunması və bu vəzifələrin cavabdehə həvalə olunması barədə iddia ilə məhkəməyə müraciət ediblər.
 
Bir neçə gün əvvəl vəzifələrinin dəyişdirilməsinə etiraz edən kişi vaqon bələdçiləri etiraz aksiyası keçiriblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO