Goranboy polisi barədə şok işgəncə faktı - FOTO+VİDEO

Goranboy polisi barədə şok işgəncə faktı - FOTO+VİDEO

Hazırda oxunan: Goranboy polisi barədə şok işgəncə faktı - FOTO+VİDEO

39596

Gecə saatlarında Moderator.az-a Göranboy rayonundan diqqətçəkən məlumat daxil olub.

Belə ki, Goranboy rayonunun Xoylu kənd sakini Xəlilov Asif Baba oğlu aliment ödəmədiyinə görə onun barəsində Goranboy rayon məhkəməsi tərəfindən 20.12.2013-cü il tarixdə 10 sutka həbs cəzası verilib.

Goranboy rayon polis şöbəsinin müvəqqəti saxlama mənəqəsində polis çavuşu Ramin Eyvazov Asifi səhər gəzintisində döyərək onun sağ qolunu vurub sındırıb. Döymə sonra kamerada da davam etdirilib. İşgəncəyə  dözməyən dustaq özünü ülgüclə doğrayandan sonra adıçəkilən polis ondan əl çəkib.

Asif Xəlilov iddia edir ki, Goranboy rayon polis şöbəsi rəisinin birinci müavini Gəray Məmmədov onu hədələyərək bədənindəki işgəncə yerlərini gizlətməyi və guya yıxılaraq xəsarət aldığı barədə izahat yazmağı tələb edib, əks halda cibinə narkotik atdıraraq bir neçə il müddətinə azadlıqdan məhrum etdiricəyi ilə hədələyib. O da məcbur olaraq onun dediyi izahatı yazmaq zorunda qalıb.

Asif Xəlilov azadlığa çıxdıqdan sonra bu haqqda “102" xidmətinə məlumat verdiyini də bildirir.

Xəbəri gecə saatlarında aldığımızdan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlaya bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.

Goranboy polisi barədə şok işgəncə faktı <i style=- FOTO+VİDEO" src="//old.moderator.az/fotobaza/original/872.jpg">Goranboy polisi barədə şok işgəncə faktı <i style=- FOTO+VİDEO" src="//old.moderator.az/fotobaza/original/873.jpg">Goranboy polisi barədə şok işgəncə faktı <i style=- FOTO+VİDEO" src="//old.moderator.az/fotobaza/original/874.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO