Sabah qar yağacaq

Sabah qar yağacaq

Hazırda oxunan: Sabah qar yağacaq

39420
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO