"Kalon" rəisi işdən çıxarıldı

Hazırda oxunan: "Kalon" rəisi işdən çıxarıldı

39125
12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev işdən çıxarılıb. Bunu "Azadlıq" radiosuna Penitensiar Xidmətin mətbuat mərkəzinin rəhbəri Mehman Sadıqov deyib.
Onun dediyinə görə, Aftandil Ağayev Penitensiar Xidmətin rəisi Mədət Quliyevin təqdimatı ilə işdən azad olunub. Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə onun səlahiyyətlərinin icrası 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova tapşırılıb.
Bundan öncə həmin müəssisədə cəzaçəkmiş ictimai xadimləri və jurnalistlər orada məhkumlarla qeyri-insani davranışla bağlı dəfələrlə məsələ qaldırıblar.
Ombudsman da oradakı vəziyyətin araşdırılması üçün ədliyyə nazirinə müraciət etmişdi.
Hələ ki müəssisə rəisinin hansı səbəblə işdən çıxarıldığı bilinmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO