Özünü yandıran Qarabağ qazisi öldü-  Yenilənib

Özünü yandıran Qarabağ qazisi öldü- Yenilənib

Hazırda oxunan: Özünü yandıran Qarabağ qazisi öldü- Yenilənib

39094

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov 28 dekabr, saat 22.10 radələrində dünyasını dəyişib. Bu barədə musavat.com-a jurnalist Rey Kərimoğlu məlumat verib. Az sonra geniş məlumat və şəkillər verəcəyik.


Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, deputat Səttar Mehbalıyev tərəfindən obyektinin əlindən alınmasına etiraz olaraq özünü yandırıb.

Son dəqiqə: Səhiyyə nazirliyi ölüm xəbərini təkzib edən açıqlama yayıb. Müxbirimiz hazırda xəstəxanadadır, az sonra əlavə xəbər olacaq.

Saat 22.32. "Yeni Müsavat"ın xəstəxanadakı müxbiri faktı təsdiq etdi. Qarabağ qazisi Zaur Həsənov 5 saylı xəstəxanada dünyasını dəyişib. Müsavat.com-un müxbiri bildirir ki, hazırda səhiyyə nazirinin müavinləri, Qarabağ qazilərini özündə birləşdirən təşkilatların təmsilçiləri xəstəxanadadırlar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO