Səfər Əbiyevin çılğın müdafiəçisi psixi şöbəyə yerləşdirilib

Səfər Əbiyevin çılğın müdafiəçisi psixi şöbəyə yerləşdirilib

Hazırda oxunan: Səfər Əbiyevin çılğın müdafiəçisi psixi şöbəyə yerləşdirilib

38512
“Azərbaycan ordusu” qəzetinin baş redaktoru İbrahim Rüstəmovun “şizofreniya” diaqnozu ilə hərbi hospitalın psixiatriya söbəsində müalicə olunduğu haqqında mətbuatda xəbər yayılıb. Bununla bağlı Hafta.az-a qəzetin sabiq baş redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov açıqlama verdi: “Müdafiə Nazirliyinin mətbu orqanı olan "Azərbaycan ordusu" qəzetinin adı hansısa xəbərdə çəkiləndə mən də bu məlumata dərhal reaksiya verirəm. Çünki həmin qəzetin ilk baş redaktoru mən olmuşam və fəxr edirəm ki, o ağrılı-acılı dövrdə çox mehriban və zəhmətkeş bir komanda ilə belə bir vacib mətbu orqanı ərsəyə gətirə bilmişik. İbrahim Rüstəmov da qəzetin fəaliyyətə başlamasında mülki şəxs kimi əməyi olanlardan olub. Sonradan isə o, hərbçi kimi xidmətini davam etdirib”.

Hərbi jurnalist bu haqda indiyə qədər məlumatsız olduğunu bildirdi: “Mən də onun xeyli müddət MN-in Mərkəzi Kliniki Hərbi Hospitalında ayrı-ayrı vaxtlarda müalicə almasını bilirdim və buna çox normal yanaşırdım. Amma onun “şizofreniya” olması ilə bağlı məndə məlumat olmayıb”.
Üzeyir Cəfərov İbrahim Rüstəmovun mülki şəxs olduğu üçün prosesi başından bəri səhv hesab edir:
“Onun əgər doğrudan da bu ağır diaqnoz ilə hospitalda müalicə alması faktı varsa, bunun özü çox xoşagəlməz bir haldır. Azərbaycanda kifayət qədər savadlı və hərbi jurnalistika fakültəsini bitirmiş zabitlərimiz olduğu halda, qəzet kimi strateji və önəmli bir quruma mülki şəxsin təyin edilməsi düzgün qərar deyil.”

Hərbi jurnalist məlumatın indi yayılmasının sabiq nazir Səfər Əbiyevə qarşı atılmış addım olduğunu da istisna etmir: “Hesab edirəm ki, bu məlumatın indi yayılması Səfər Əbiyevin yaxın günlərdə vəzifəyə təyin olunmasının qarşısını almaq üçün atılan addımdır. Sözsüz ki, bu eyni zamanda sabiq nazirin kadr siyasətindəki səhvlərinin nəticəsidir ki, indi ictimailəşdirilərək xatırladılır”.
“Yeni Müsavat” qeyd edir ki, İ.Məmmədov S.Əbiyevin nazir olduğu dövrlərdə onun ən yaxın adamı kimi tanınırdı. İ.Məmmədov orduda baş verən neqativlərlə bağlı mətbuat konfranslarına qatılaraq həmin tədbirlərin keçirilməsinə mane olur, çılğıncasına müdafiə nazirini ictimaiyyətdən müdafiə edirdi. Allah şəfa versin. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO