Putin miqrantlardan əl çəkənə oxşamır...

Putin miqrantlardan əl çəkənə oxşamır...

Hazırda oxunan: Putin miqrantlardan əl çəkənə oxşamır...

38149
Rusiya prezidenti Vladimir Putin miqrasiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişinə qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyini söyləyib. 
Moderator.az-ın  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V.Putin Federasiya Şurasının iclasında çıxışı zamanı əcnəbilərə tətbiq olunan qadağanın müddətinin 3 ildən 10 ilə qədər olmasını təklif edib. 
O, həm də ölkədə olan xarici miqrantların vəziyyətini də başa düşdüyünü deyib və "Əmək Miqrasiyası haqqında" qanununun yenidən işlənəcəyini vurğulayıb: "Dövlət bilməlidir ki, əcnəbi miqrant ölkəyə niyə və hansı müddətə gəlir". 
Rusiya prezidenti qeyd edib ki, təhsil və səhiyyə sistemlərindən yararlanan əcnəbilər də öhdəliklərə uyğun olaraq vergi ödəməlidir. O, əlavə edib ki, miqrantların əməyindən istifadə edilməmişdən əvvəl işə götürənlər də öz məsuliyyətini artırmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO