Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli İrana səfər edib. Azad Qarabağ Uğrunda Alyansda təmsil olunan hər iki təşkilatın rəhbərliyi Təbriz Universitetində “İslam dünyası və Qarabağ” adlı konfransda iştirak edəcəklər. QAT-ın mətbuat xidmətinin məlumatına görə, onlar Beynəlxalq Qarabağ konfransına dair müzakirələr aparacaq, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı bir sıra görüşlər keçirəcəklər. Xatırladaq ki, bundan öncə sözügedən konfransın günü müəyyən edilsə də, sonradan heç bir səbəb göstərilmədən təxirə salınmışdı. Bəzi ekspertlər burada İrandakı erməni lobbisinin təsirinin olduğunu deyirdi. Digər ekspertlər isə bunu Culfa hadisələrinin ardınca İran-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətin nəticəsi kimi izah edirdilər.

- A-
- A
- A+
Gündəm
15:12 / 10.12.2013
Akif Nağı və Rövşən Əhmədli İrana gedib
Hazırda oxunan:
Akif Nağı və Rövşən Əhmədli İrana gedib
Hazırda oxunan:
Akif Nağı və Rövşən Əhmədli İrana gedib
38046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































