Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək

37541
Baş Prokurorluğun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov cari il dekabrın 13-də saat 11:00-da Şirvan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO