Hava küləkli, yağışlı və soyuq olacaq

Hava küləkli, yağışlı və soyuq olacaq

Hazırda oxunan: Hava küləkli, yağışlı və soyuq olacaq

34720
Sabahdan Azərbaycan ərazisində küləkli, yağışlı, soyuq hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Moderator.az-a  verilən məlumata görə, oktvabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək, axşam isə 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın aup-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, bu gün şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO