“Daş bazarı” ilə bağlı rəzalət davam edir

“Daş bazarı” ilə bağlı rəzalət davam edir

Hazırda oxunan: “Daş bazarı” ilə bağlı rəzalət davam edir

33727

Sumqayıtda inşaat mallarının ən böyük satış mərkəzi hesab edilən “Daş bazarı”nın sökülməsindən sonra yerləri əllərindən alınan sahibkarların böyük bir qismi havada qalıb. Bu barədə Moderator.az saytını Sumqayıtdakı özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, sahibkarların bir qismi şəhərin “İnşaatçılar” massivinə köçürülsə də, əksər sahibkarlara hələ də yer ayrılmayıb: “Daş bazarı”ndan çıxarılan sahibkarların müəyyən bir qismi “İnşaatçılar” yaşayış massivindəki köhnə avtomobil dayanacağında yerləşdirilsə də, sahibkarların böyük bir qisminə hələ də biznes fəaliyyətlərini davam etdirmək üçün yer ayrılmayıb. Məmur özbaşınalığının qurbanı olan sahibkarların bir çoxu aylardır inzibati amillər səbəbi ilə biznes fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün onların bəzisi iflas edib.  Bir çox sahibkarlar isə əllərindəki məhsulları dəyər-dəyməzinə sataraq daha ciddi itkidən sığortalanmağa cəhd edir. Sahibkarlar iddia edir ki, “yuxarılara” ünvanladıqları müraciətlərin səmərəsizliyi bir daha sübut edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin özbaşınalığına “dur” deyəcək kimsə yoxdur və artıq bu mərhələdən sonra ali instansiyaların yardımına ümid etmək mənasızdır”.

 

Şamil

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO