DADP-nin Fatma Əliyeva qanadı toplandı

DADP-nin Fatma Əliyeva qanadı toplandı

Hazırda oxunan: DADP-nin Fatma Əliyeva qanadı toplandı

31710


Demokratik Azərbaycan Dünyası Partiyasının Fatma Əliyevanın rəhbəri olduğu qanadının İdarə Heyətinin növbəti iclası keçirilib. 

Moderator.az-ın xəbərinə görə, iclasda nizam-intizam qaydalarını pozduqlarına görə partiya sıralarından xaric olmuş bir qrup insanın Sevda Xurşudovanın və saxtakarlıqla qondarma “DADP”-nin sədri seçilmiş Əlisahib Hüseynovun rəhbərliyi ilə ölkədə qarşıdurmaya,  təxribata yönələn əməlləri, özbaşınalıqları müzakirə olunub, hüquq-mühafizə orqanları tərəfindən onların bu qeyri-qanuni fəaliyyətinin qarşısının alınması müsbət hal dəyərləndirilib. DADP sədri Fatma Əliyeva bununla əlaqədar hüquq-mühafizə orqanlarına partiya adından təşəkkürünü bildirib. 

Toplantıda həmçinin, partiyanın Siyasi Şurasının hesabatının F. Əliyeva tərəfindən təqdim edilməsi qərara alınıb. Bununla yanaşı, iclasda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsinin qərara alınması məqsədi ilə DADP Siyasi Şurasının toplantısının keçirilməsi müzakirə olunub. Bu məqsədlə DADP-nin bölgələrdəki təşkilat komitələrinin seçki qərargahlarının hazırlıq səviyyəsi, təşkilatı işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün fəaliyyət istiqaməti müəyyənləşdirilib.

F. Əliyeva bu məsələ ilə bağlı çıxışında bildirib ki, DADP prezident İlham Əliyevə heç kimi alternativ heç kimi görmür. “Buna əsasımız var. Hər şey göz önündədir. Son illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. Həm beynəlxalq aləmdə, həm daxili və xarici siyasətdə, çoxşaxəli sahələrdə aparılan islahatlarda Azərbaycan böyük uğurlar qazanıb.

Beynəlxalq təşkilatlar da bunu görür, dəyərləndirir və müsbət təcrübə kimi öyrənilir. Prezident İlham Əliyev Qarabağ münaqişəsini də yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməyə çalışır. Biz ölkəmizdə əmin-amanlıq içində , güvənli bir şəraitdə yaşayırıq. Bu sabitliyin qorunub-saxlanılması yalnız İlham Əliyevin yenidən prezident seçilməsi sayəsində mümkündür ”- deyə, DADP sədri sözlərinə əlavə edib. Daha sonra F. Əliyeva partiya sıralarında əqidə və amalına sadiq, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə dəstək olan insanların toplanmasının vacibliyindən söz açıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO