Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq

Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq

Hazırda oxunan: Ağaxan Abdullayev Türkan qəbiristanlığında dəfn olunacaq

26796

Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dekabrın 26-da Türkan qəbiristanlığında dəfn olunacaq.

Sfera.az bildirir ki, bu barədə APA-ya məlumatı muğam ustasının qardaşı oğlu Vəlixan Abdullayev verib.
 
O, bildirib ki, sənətkarla vida mərasimi sabah saat 14:00-da Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında olacaq: "Ağaxan müəllim vəsiyyət etmişdi ki, məni kəndimizin qəbiristanlığında, atamın-anamın yanında dəfn edin. Onun vəsiyyətini yerinə yetirmək borcumuzdur. Ona görə də vəsiyyətinə uyğun olaraq sabah Türkanda kənd qəbiristanlığında torpağa tapşıracağıq".
 
Qeyd edək ki, A. Abdullayev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şair xərçəng xəstəliyindən əziyyət çəkirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO