Bakıda qılınc oynadan ərəblərxa0 meriyadan icazə alıblar, görəsən?..

Bakıda qılınc oynadan ərəblərxa0 meriyadan icazə alıblar, görəsən?..

Hazırda oxunan: Bakıda qılınc oynadan ərəblərxa0 meriyadan icazə alıblar, görəsən?..

250174

Eşitdiyiniz, gördüyünüz və bildiyiniz kimi, dünən ərəblər Bakının mərkəzində bayram şousu təşkil ediblər. Bu xəbəri eşidən kimi dərhal bir vətəndaş kimi bəndənizdə təbii sual oyandı: Görəsən, bu əcnəbilər bizim möhtərəm Bakı meriyasını saya salıb kütləvi tədbir keçirmək üçün icazə alıblar? Axı qanun var-qayda var. Əgər 3-4 adam bir yerə toplaşıb küçədə-meydanda hər hansı bir səs-küy etmək istəyirsə, mütləq paytaxt rəhbərliyindən yazılı icazə almalıdır. Ərəblər bunu etməyiblərsə, çox böyük ədəbsizlik ediblər...xa0


Amma xa0mən, yataqxananın bir küncünə qısılıb yaşayan Qarabağdan didərgin Azərbaycan vətəndaşı bilirəm ki, əgər bu axşamxa0əlimə taxta qılınc alaraqxa0başıma 4-5 adam yığıb Fəvvarələr bağında 3-4 dəfə xa0“Qarabağ!”, “Qarabağ!” qışqırıb ətrafdakıların da başıma yığışmasına səbəb olsam, heç 2 dəqiqə keçməz, polislər qırğı kimi başımın üstünü alarlar. Yox, əgər oturub ədəb-ərkanla bir icazə ərizəsi yazıb səhər tezdən onu meriyaya təqdim etsəm, məcburam, 15-20 gün gözləyəm ki, hörmətli meriyadan çox haqlı bir cavab gəlsin:”Dövlətimizin Qarabağxa0 məsələsininxa0 həllindən ötrü gərəkli işlər gördüyü üçün sizin zəhmət çəkib küçədə xa0qıqşıraraq asayişi pozmağınıza ehtiyac görmürük...” xa0Odur ki, boş yerə əziyyət çəkmək yerinə qaxılıb otururam darısqal otağımda və səbir və təmkinlə “AzTV”-dən xa0Elmar Məmmədyarovun erməni həmkarıyla görüşlərininxa0 nəticələrini izləyirəm və xa0gözləyirəm...


Ərəblər isə asayişi-filanı pozmurlar. Əvvəla, onlar qonaqdırlar. Lakin Bakının küçələrində şellənən belə kefkom əcnəbilərlə ikinci və əsas fərqim ondadır ki, onların paytaxtın beşulduzlu otellərində, restoranlarında, gecə klublarında xərcləməyə, küçələrə səpməyə pulları var...xa0


Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO