Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun Mehmana kəndindəxa0 100 yaşlı yunanın yaşadığı bəlli olub.xa0
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Məlum olduğu kimi, orta əsrlərdən bəri Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana Pont yunanları(izah üçün bax:xa0
//az.wikipedia.org/wiki/Pont_yunanlar%C4%B1) köçürülüb.xa0
Onların xeyli hissəsixa0 hazırda inzibati cəhətdən Kəlbəcər rayonuna daxil olan keçmiş Ağdərə rayonunun Mehmana kəndindəxa0 məskunlaşıb.xa0 Erməni mənbələrinin yazdığına görə, müharibə zamanı Pont yunanlarının bir hissəsi Yunanıstana köçüb. Lakin bəziləri sonradan geri dönüb. 100 yaşlı Kolya(Nikolas) da belələrindəndir. O, Saloniki şəhərində bir müddət yaşadıqdan sonra artıq özünə vətən hesab etdiyi Qarabağa geri dönməyi qərara alıb. Nikolas, eləcə də Mehmana da yaşayan digər yunanlar deyir ki, biz milliyyətcə yunan olsaq da, özümüzü erməni kimi hiss edirik.xa0 Nikolasxa0 xa0həyətində Yunanıstan bayrağı asıb...
P.S. Deyəsən, Qarabağda Azərbaycan bayrağından savayı, bütün dövlətlərin bayrağı asılıb...
Sultan Laçın




































































































