"Prezident öz hüququndan istifadə edərək özünə müavin təyin edir, yaxud da kimlərisə vəzifəsindən azad edir. Bəzi şəxslər buna islahat deyir."
Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.xa0
Partiya sədrinin sözlərinə görə islahat başqa şeydir:
Fatma Abdullazadənin vəzifəsindən azad olunaraq onun yerinə başqa birisinin gətirilməsi islahat deyil. İslahat başqa şeydir. Cəmiyyətdə baş vermiş hansısa dəyişikliyi islahat adlandırmaq olar. Amma hazırda bunlar vaş vermir. xa0Prezident öz hüququndan istifadə edərək kimlərisə vəzifəsindən azad edir, kiməsə də vəzifə verir. Bu normal haldır."



























































































