Araz Əlizadənin müəllimi danışdı: “Azərbaycanda yaşamağa haqqı yoxdur”x9d

Araz Əlizadənin müəllimi danışdı: “Azərbaycanda yaşamağa haqqı yoxdur”x9d

Hazırda oxunan: Araz Əlizadənin müəllimi danışdı: “Azərbaycanda yaşamağa haqqı yoxdur”x9d

168407
xa0
“Əlizadələr ailəsinin tək Elçibəyə yox, ümumilikdə xa0Türkçülüyə, Azərbaycançılığa düşməndilər. Mən onları çox gözəl tanıyıram, atasını da, anasını da, qardaşını da, özünü də. Atası Mübariz Əlizadə, anası Zinyət Əlizadə ilə dəfələrlə mübahisələrim, konfliktlərim olub”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında deputat Araz Əlizadənin orta məktəbdə müəllimi olmuş Aydın Abbasov deyib.xa0

A.Abbasov Nuru Paşa, Qafqaz İslam ordusu və Osmanlı ilə bağlı mübahisəli fikirlər səsləndirən deputat haqqında bunları bildirib:

“Araz özü də mənim şagirdim olub. Onuncu sinifdə ona dərs keçmişəm, atestatını da mən yazmışam. Onun məzmununun nə olduğunu əla bilirəm, məzmun etibari ilə sıfırdı, heç kimdi. Tərbiyəsiz, mənliyi olmayan, satqın insandı. Heç özü də bilmir nə istədiyini, istədiyi tək şey karyeradı. Bir müddət Ayaz Mütəllibova yaltaqlandı, indi də guya Heydərçi olub. Ancaq bunda da səmimi deyil.xa0
Bu adamın əslində Azərbaycanda yaşamağa haqqı yoxdur. Təpədən dırnağadək Türk düşmənidi, kimə, hansı agenturaya qulluq etməsi də bilinmir. Arazın orientasiyası Azərbaycanın milli dövlətçiliyinə, Azərbaycan Türklüyünə qarşıdır. Türklüyə nifrət edir. Araz sabah hətta Atatürkün haqqında da yaramaz fikirlər işlədə bilər. Ondan bunu da gözləyirəm”x9d.xa0

Aydın Abbasov daha sonra Araz Əlizadənin deputat seçilməsi haqqında da danışıb:

“Onu bilmirəm ki, Arazı hansı göstəricilərinə görə deputat seçiblər. Axı kimdi o? Hakimiyyətin başbilənləri bilmirlərmi ki, Araz kimdir? Ondan nə deputat düzəldirlər? Beləsini Milli Məclisə çıxardanda elə ağzına gələni də danışar. Azərbaycanda bu dəqiqə əclaflıq o qədər böyük bir ölçü alıb ki, ağıllı adamların söz deməyə heç gücü də çatmır. Desələr də, o sözə əhəmiyyət verən belə yoxdur. Mən belə hadisələri eşidəndə, görəndə çox əsəbləşirəm, ancaq əhəmiyyət verən olmayacaq deyə cavab vermirəm”x9d. xa0


Rumiyyə MİRASLAN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO