Avqustun 18-də Türkiyədə öldürülən “qanuni oğru”x9d Rövşən Canıyevin (“Lənkəranski”x9d) qatili və sifarişçisi xa0tapılmasa da, onun maliyyə imperiyası uğrunda gözlənilən savaş artıq başlayıb. Kriminal aləmdə miras uğrunda mübarizə yeni məsələ deyil. Hansısa nüfuzlu “qanuni oğru”x9d öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.xa0
Məsələn, “Lənkəranski”x9ddən üç il əvvəl öldürülmüş ən tanınmış mafiya babası Aslan Usoyanın (“Ded Xasan”x9d) milyonlar dövr edən imperiyası xa0uğrunda mübarizə hələ də davam edir, hansısa kriminal qruplaşmalar vaxtilə onun klanının nəzarətində olan vilayətlərdə öz hökmlərinin yeritməyə çalışır, yeni qanlar tökülür. Bu səbəbdən də “Lənkəranski”x9dnin xa0 ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı gözlənilən idi.xa0
Crimerussia.ru saytının xəbərinə xa0görə, “Lənkəranski”x9dnin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq Merab Canqveladzenin (“Merab Suxumski”x9d) nəzarətinə keçib. Sayt iddia edir ki, xa0“Suxumski”x9d bununla kifayətlənməyərək “Lənkəranski”x9dnin Türkiyədəki biznesinə də göz dikib. Məlumdur ki, “Lənkəranski”x9d bir neçə il sığındığı Dubaydan çıxdıqdan sonra Türkiyədə məskunlaşmışdı. xa0Onun bu ölkədə də mediada bilinməyən stabil gəlir obyektləri vardı. xa0Bəzi məlumatlara görə, onun Türkiyədə himayə etdiyi xa0çox sayda kommersiya şirkətləri olub. “Lənkəranski”x9dnin beynəlxalq narkotik ticarəti kanalları ilə əlaqəsinin olduğu da iddia edilir. Məlumatda bildirilir ki, “Lənkəranski”x9dnin mirasına xa0çeçen “qanun oğru”x9d xa0Hüseyn Əhmədov (“Kor Hüseyn”x9d) da iddialıdır. Gözlənilir ki, miras uğrunda mübarizə yeni qanlı hesablaşmalara səbəb olacaq.xa0
“Lənkəranski”x9dnin gürcü “qanuni oğru”x9dlarla münasibəti həmişə yaxşı olub. Gürcülər uzun illər onun kriminal klanına daxil olublar. Gözlənilirdi ki, məhz gürcülər bu böyük xa0varidata sahiblənmək üçün xa0iddialarını ortaya qoyacaqlar. Təsadüfi deyil ki, bir müddət əvvəl “Kurşa”x9d ləqəbi ilə tanınan “qanuni oğru”x9d Qoça Çinçaridzenin “Lənkəranski”x9dnin Türkiyədəki aktivlərini idarə edəcəyi ilə bağlı xəbərlər də yayılmışdı. xa0Qoça 1972-ci ildə xa0Kabuletidə (Gürcüstan) anadan olub. xa0O, “qanuni oğru”x9d adını 1992-ci ildə, cəmi 20 yaşı olanda alıb. İndi isə məlum olur ki, “Suxumski”x9ddə Türkiyədəki obyektlərə göz dikib.xa0

Göy xa0bazarlarına (bura topdansatış meyvə də daxildir) nəzarət uğrunda kriminallar arasında xa0müharibədə indiyədək onlarla adam həyatını itirib. xa02006-cı ildə Moskvada məşhur “qanuni oğru”x9d “Sabirabadlı Hikmət”x9d kimi tanınan Hikmət Muxtarovla 2007-ci ildə “Ağbaş”x9d ləqəbli Çingiz Axundovun qətlindən sonra göy bazarları “Lənkəranski”x9dnin nəzarətinə xa0keçmişdi.xa0
Göy bazarlarının “Suxumski”x9dnin nəzarətinə keçməsi ilə bağlı bir neçə il əvvəl də xəbər yayılmışdı. Bildirilirdi ki, “Ded”x9din ölümündən sonra xa0“Suxumski”x9d R.Canıyevə dönük çıxıb. Hətta Merab “Ded”x9din tərəfdarları ilə anlaşmağa çalışıb. Amma sonradan bu məlumatlar təsdiqini tapmadı.xa0
“Suxumski”x9dnin ”x9dLənkəranski" ilə ən yaxın müttəfiq və “Ded Xasan”x9d klanının ən qatı düşmənlərindən biri olduğu məlum həqiqətdir. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən “Suxumski”x9dnin cəza müddəti oktyabrın 18-də tamam olub. “Suxumski”x9dnin qayıdışı “Lənkəranski”x9d klanını bir yerə toparlaya bilər. Belə iddialar da var ki, “Suxumski”x9dnin ilk işlərindən biri məhz “Lənkəranski”x9dnin intiqamını almaq olacaq. xa0
Amma son 10 gündə “Suxumski”x9dnin azadlığa buraxılıb-buraxılmaması barədə heç bir məlumat yoxdur. Məsələ ondadır ki, Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən “Suxumski”x9dnin vətəndaşı olduğu ölkəyə qayıtmasını istəmirlər. Rusiya KİV-ləri yazır ki, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”x9din Rusiya vətəndaşlığının ləğvinə baxılıb. Qərara görə, “Suxumski”x9d özü haqqında doğru məlumat verməməsi səbəbindən vətəndaşlığına son verilib.
Bir neçə gün əvvəl bu məsələ ilə bağlı “Suxumski”x9dnin vəkillərinin apelyasiya şikayətinə baxılmalı idi. Amma son qərar haqda hələ ki məlumat yoxdur. xa0Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi “Suxumski”x9d deportasiya olunmalıdır. “Suxumski”x9d Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır.
Rusiya KİV-ləri yazır ki, “Suxumski”x9d bu yaxınlarda həbs edilən Zaxari Kalaşovdan(“Şakro”x9d) xa0sonra kriminal aləmdə “nömrə 1" olmağa ən real namizəddir.
Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski”x9d haqda qısa məlumat var. O 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru”x9d adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı (“Levan Suxumski”x9d) xa0da var. 1975-ci ildə anadan olan Levanın da xa0“Lənkəranski”x9d ilə yaxşı münasibətləri olub.
Rusiya mafiyasının “xaç atası”x9d Vyaçeslav İvankovla (“Yaponçik”x9d) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. “Yaponçik”x9d tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında “Lənkəranski”x9d ilə yanaşı Merab da var. “Ded Xasan”x9dın qətlindən sonra da “Suxumski”x9d və “Lənkəranski”x9dnin adları sifarişçilər siyahısında birgə hallanıb. “Yaponçik”x9din öldürülməsindən sonra “Suxumski”x9dnin “Ded Xasan”x9dla münasibətləri daha da pisləşir.xa0
Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar. 2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru”x9dnun iştirakı ilə Merab Suxumskinin “şəxsi işinə”x9d baxılması üçün “sxodka”x9d çağırıb. Deyilənə görə, “Ded”x9d sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”x9dın istədiyi kim olur. Merab “oğru”x9d adından məhrum edilib.
“Lənkəranski”x9d imperiyasına sahiblənmək iddiasında olan “Kor Hüseyn”x9d 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru”x9d adını 1985-ci ildə Stavropoldakı “Belıy xa0Lebed”x9d adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır. Onun 2016-cı ildə “Lənkəranski”x9d və digər “qanuni oğru”x9dlarla birgə fotosu da var. xa0(musavat.com)






























































































