Lənkəranski “Lotu Quli”x9dni öldürməyə 500 min ayırıbmış -TƏFƏRRÜAT

Lənkəranski “Lotu Quli”x9dni öldürməyə 500 min ayırıbmış -TƏFƏRRÜAT

Hazırda oxunan: Lənkəranski “Lotu Quli”x9dni öldürməyə 500 min ayırıbmış -TƏFƏRRÜAT

156271
Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski”x9d ləqəbli Rövşən Canıyevin barışmaz düşməni olan “Lotu Quli”x9dni (Nadir Səlifov) həbsxanada öldürmək üçün killer tutduğu üzə çıxıb.
Bu plan barədə təkzibolunmaz dəlillər YouTube şəbəkəsində yerləşdirilib. “Rövşən Lənkəranski”x9dnin İlqar adlı killeri ilə bir vaxtlar “Lotu Quli”x9dnin yaxın ətrafına daxil olan nüfuzlu kriminal element Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”x9d kimi tanınan mərhum Hikmət Muxtarovla eyni ad-soyadı daşıyır-red) arasında telefon danışıqlarının internetdə yerləşdirilmiş audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə “Rövşən Lənkəranski”x9d özü Kiyevdə saxlanılmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.


Telefon danışıqlarından məlum olur ki, “Lotu Quli”x9dnin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”x9dnin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb. O, “Lotu Quli”x9d ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub. Daha sonra “Lotu Quli”x9dni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”x9dyə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib.
Telefon danışıqlarından belə məlum olur ki, Hikmət “Lotu Quli”x9dnin klanına mənsub olsa da ondan narazıdır və avtoritetin aradan götürülməsi üçün ona verilmiş sifarişi yerinə yetirməyə hazırdır. Lakin bu işi yerinə yetirmək üçün 500 min dollar haqq istəyib. Anlaşmaya əsasən əvvəlcə pulun 100 min dolları Hikmətə ( o, həbsxanada olduğu üçün ailəsinə) çatdırılmalıydı, qalanını isə sifariş yerinə yetiriləndən sonra almalıydı. Daha sonra şərtlər dəyişib və pulun 300 min dollarını əvvəlcədən vermək məsələsi qoyulub.


“Lotu Quli”x9dnin öldürülməsi məsələsini tərəflər 2009-cu ilin dekabrında baş tutmuş bir neçə telefon danışığında müzakirə ediblər. Həmin vaxt “Rövşən Lənkəranski”x9dnin adamı Rusiyadan Azərbaycana gəlmişdi və həbsxana ilə müntəzəm əlaqə saxlayıb “Lotu Quli”x9dnin aradan götürülməsi ətrafında müzakirələr aparırdı.

Telefon danışıqlarına əsasən Hikmət Muxtarov 13 saylı cəzaçəkmə müəssisəsində “avroremont”x9d kamerada tək qalan “Lotu Quli”x9dni zəhərləyərək öldürməli idi. Bu məqsədlə o, avtoritetlə yaxınlığından istifadə edib onun kamerasına girməliydi. Belə məlum olur ki, sifarişin şərtlərinə əsasən “Rövşən Lənkəranski”x9d Hikməti öz himayəsinə götürəcəkdi və onun həbsxanadan buraxılması üçün çalışacaqdı.


Telefon danışıqlarında İlqarla Hikmət “Rövşən Lənkəranski”x9dnin Azərbaycana ekstradisiyası və onun “oğru”x9d adından məhrum edildiyi barədə “Ded Xasan”x9dın çıxardığı hökmdən də danışırlar. Habelə telefon söhbətlərindən birində İlqar “Lotu Quli”x9dnin yaxın adamı, “Oleq Bakinski”x9d kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır. “Sən bu işi burada həll edlə, mən də onu Kiyevdə o tərəfə yola salım”x9d deyir.


Belə məlum olur ki, İlqar “Lotu Quli”x9dnin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı “zon”x9dda “şmon”x9d olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının “Rövşən Lənkəranski”x9d tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib. xa0Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”x9dnin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.
Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar “Lotu Quli”x9d özü də “gec-tez Rövşənin başını yeyəcəyi”x9d haqda danışırmış”¦
Virtualaz.org-a istinadən həmin telefon danışıqlarını təqdim edir.

P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən istifadə edirlər.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO