“Eldar Mahmudov torpaq altındadır...”x9d  -Sensasion iddia

“Eldar Mahmudov torpaq altındadır...”x9d -Sensasion iddia

Hazırda oxunan: “Eldar Mahmudov torpaq altındadır...”x9d -Sensasion iddia

154418
“Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır”x9d - ötən il oktyabrın 19-da yayılan xəbərlərdə belə deyilirdi. O gündən bəri Eldar Mahmudov haqda, onun yeri barəsində çox yazılıb. Nazirin öldü-qaldısı xəbərləri bir-birini əvəzləyir, rəsmi təkzib və ya təsdiq isə hələ də yoxdur.

Ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Bu sərəncam verilən dəqiqələrdə Baş Prokurorluğun istintaq qrupu MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlamışdı. Baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasına getmişdilər. Belə xəbərlər də vardı ki, Eldar Mahmudovun cinayətlərini araşdıran qrupa onun müavini olmuş, aralarındakı ziddiyyətlərə görə MTN-dən çıxan, az sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Əli Nağıyev rəhbərlik edib. Həmin əməliyyatda Eldar Mahmudovun komandasının “asıb-kəsən”x9d üzvləri saxlanıldı. Artıq məhkəmə qarşısına çıxarılanları da var - bugünlərdə Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov MTN-in ən odioz generallarından biri, Eldar Mahmudovun “vuran əli”x9d hesab edilən Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri - Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi üzrə araşdırmalara başlayıb. Həbsdə Eldar Mahmudovun komandasına daxil olan, qanuni əmrlərlə yanaşı qanunsuz əmrlərini sözsüz icra edən 22 MTN-çi var. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. Eldar Mahmudovun özündən isə xəbər yoxdur.xa0

1 həftə sonra, 2016-cı il oktyabrın 17-də onun işdən qovulmasının 1 ili tamamlanır. Ötən müddət ərzində dəfələrlə Eldar Mahmudovun həbsi xəbəri gəlib, amma xa0təsdiqlənməyib.xa0
Tanınmış publisist Həmid Herisçi bu mövzu ilə bağlı “Yeni Müsavat”x9da xa0deyib ki, Eldar Mahmudovun üzə çıxmaması onun aradan götürülməsi anlamına gəlir. “Eldar Mahmudov sağ deyil, işdən çıxarılandan torpaq altındadır və ya onu ölkədən çıxarıblar. Yoxsa çoxdan üzə çıxmışdı”x9d - deyir Həmid Herisçi. Bildirir ki, sabiq nazirin öldü-qaldısından xəbər olmaması belə düşünməyə xa0 əsas verir. Publisistin dediklərinin nə dərəcədə doğru olub-olmamasını yoxlamaq da təəssüf ki, imkan xaricindədir...

Bununla belə, xatırladaq ki, Eldar Mahmudov vəzifədən qovulandan sonra onu görənlər də olmuşdu. Keçmiş milli təhlükəsizlik nazirinin vəzifədən azad ediləndən 10 gün sonra qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasına qatılması xəbəri vardı. Hətta bildirilirdi ki, Eldar Mahmudov bütün yas mərasimi boyu qudası C.Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb.xa0

Sabiq nazir fikirli və pərt görünüb. Bununla belə, ötən 11 aydan artıq müddət ərzində Eldar Mahmudovun harada olması sualı açıq olaraq qalır. Vəzifəsindən çıxarılandan sonra Eldar Mahmudovun telefonları əlindən alınmaqla Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarəti altında Badamdardakı dəbdəbəli imarətinə aparıldığı bildirilirdi. Qeyd edilirdi ki, ötən il oktyabrın sonunda onu Badamdardakı dəbdəbəli imarətindən çıxarıb Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birinə yerləşdiriblər. Bütün bu məlumatlara baxmayaraq, “Eldar Mahmudov haradadır”x9d sualına birmənalı cavab vermək mümkün deyil.xa0

Artıq Eldar Mahmudovun həbs edilməyəcəyi xəbərləri də təsdiqini tapmış kimi görünməkdədir. Sabiq nazirin komandasının həbsdə ikən özünün kənarda qalması Həmid Herisçinin təxminləri ilə uzlaşır. Belə deyilsə, Eldar Mahmudov sağdırsa və ölkədədirsə, onu istintaqa niyə cəlb etmirlər? Niyə onun haqqında xəbərlər təsdiq və ya təkzib edilmir? Sabiq nazirin gücü nədədir? Komandasının bunca cinayətlərinə rəğmən azadlıqda necə qala bilir?xa0
Bu suallara ən ağlabatan cavabı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun mətbuata açıqlamalarından birində söylədiyi fikirlərdə tapmaq olar.xa0

Bu ilin iyununda sabiq MTN zabiti olan Ə.Oruclu gununsesi.info-ya demişdi ki, Eldar Mahmudovun rəhbərlik elədiyi MTN-də nazirlər də daxil olmaqla, bir çoxlarının şantaj videoları var!

Sitat: “Eldar Mahmudovun rəhbərlik elədiyi MTN, başqa sözlə desək, onun quldur dəstəsi ölkədə ictimai-siyasi fəallardan tutmuş xa0yüksək vəzifəli məmurlaradək, eləcə də onların ailə üzvlərinədək, hər kəs haqqında ifşaedici materiallar yığıb və şantajla məşğuldurlar. Bunu da hər kəs bilir. Yəni bu haqda mətbuata da müəyyən məlumatlar sızıb. Sizə məlumat olaraq deyə bilərəm ki, mötəbər mənbələrdən mənə daxil olan informasiyalara görə, 2800-dən çox şəxs haqqında təkcə seks videolaru mövcuddur. Təsəvvür edirsiniz, söhbət rəqəmdən gedir. Bu adamların çoxu vəzifəli şəxslərdir. Onlar arasında deputatlar, icra başçıları, nazirlər var”x9d.
Bu məlumatdan çıxış edərək belə bir qənaətə gəlmək olar ki, Eldar Mahmudovu güclü edən təkcə onun kreslosu, sərhədlərini aşdığı səlahiyyətləri olmayıb.xa0

Eldar Mahmudovun gücü ona verilən səlahiyyətlərdən yararlanaraq əldə etdiyi kompromatlarda, şantaj videolarında, zənginlərin qatı açılmayan cinayət dosyelərində, offşorlardakı hesabları haqda bilgilərə vaqif olmağındadır. Görünür, Eldar Mahmudov törədilən cinayətlərə görə 1 gün cavab verməli olduğunu vəzifədə ikən göz altına alıb və gizli şəxsi arxivlərini belə şantaj dolu materiallarla zənginləşdirib. İndi isə həmin arxivlərə arxa çevirib, arxalanıb həyatını sürür. xa0Bu baxımdan, Eldar Mahmudovun həbsinin gerçəkləşəcəyi real görünmür. Onun taleyi, öldü-qaldısı haqda hələ çox xəbərlər gələcək. Reallıq isə budur ki, Eldar Mahmudovun 11 illik nazirliyi Azərbaycan tarixinə sahibkarların, iş adamlarının, günahsız vətəndaşların qanı ilə yazılıb. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO