"Başqasının qızına çimməyi öyrətmək nə vaxtdan din olub?" -Qalmaqal

Hazırda oxunan: "Başqasının qızına çimməyi öyrətmək nə vaxtdan din olub?" -Qalmaqal

139007
Bir neçə gün öncə Biləsuvarın Dərvişli kəndində baş vermiş hadisə hələ də müzakirə mövzusudur

Xatırladaq ki, kənd sakini Sima Əliyevanın (ad şərtidir) qohumları həmin kəndin mollası İzzətulla Məmmədovun paltarını cıraraq döymüşdülər. İlkin səbəblərə görə, onlar Məmmədovun Əliyevaya qeyri-etik təkliflər etdiyini bildiriblər.

İ.Məmmədovun qardaşı Qədir Məmmədov isə xa0bildirmişdi ki, deyilənlər həqiqəti əks etdirmir. Məmmədovun sözlərinə görə qardaşı S.Əliyevaya qüsul almaq öyrədirmiş. Ümumiyyətlə dinimiz bu yerdə nə buyurur? Kişi molla qadına qüsul almağı öyrədə bilərmi?

İlahiyyatçı Elşad Miri bildirir ki, bu, qətiyyən yolverilməzdir:

"Dini bir kənara qoyaq. Hansı normal insan, normal vətəndaş razı olar ki, onun qızına, xanımına çimməyi başqa kişi öyrətsin? Bu, nə vaxtdan din, namus, qeyrət olub? Belə şeymi olar? Bu qadını onun yanına göndərən insan başa düşmürmü ki, molla qüsulu necə öyrətməlidir? Bəzi özəl məsələlər olanda Peyğəmbərimizin xanımları bu missiyanı yerinə yetirirdilər. Peyğəmbərin özü utanırdı, yaxud cavab verə bilmirdi. Belə olan halda xanımları izah edirdi. Kiminsə xanımına götürüb qüsul öyrətmək heç bir dinə sığmır".(Ölkə.Az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO