“Ermənistan hücuma hazırlaşır...”x9d -Ekspertlərdən xəbərdarlıq

“Ermənistan hücuma hazırlaşır...”x9d -Ekspertlərdən xəbərdarlıq

Hazırda oxunan: “Ermənistan hücuma hazırlaşır...”x9d -Ekspertlərdən xəbərdarlıq

137824

Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyində kadr dəyişiklikləri həyata keçirilir. Az öncə Baş qərargah rəisinin müavini Movses Akopyan vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. Bu günlərdə isə Serj Sarkisyanın imzalaldığı fərmanla daha bir kadr dəyişikliyi edilib. Polkovnik Temur Şahnazaryan nazirliyin rabitə və avtomatlaşmış idarəetmə sistemləri idarəsinə rəis postuna gətirilib. 
Müdafiə Nazirliyində aparılan kadr dəyişiklikləri ilə yanaşı Ermənistan ordusunun da döyüş hazırlığı artırılır. Hazırda düşmən ordusunda ciddi təlimlər keçirilir. Həmçinin, hələ də aprel ayındakı məğlubiyyəti ilə barışmayan düşmən apreldə itirdikləri mövqeləri geri qaytaracağı ilə bağlı bəyanatlar yayır. 

Görəsən, Müdafiə Nazirliyində ciddi kadr dəyişikliklərinin aparılması, eləcə də bütün bu baş verənlər Ermənistanın yeni müharibəyə hazırlaşdığını ehtiva edirmi? 

Moderator.az-ın məsələ ilə bağlı suallarına politoloq Qabil Hüseynli və hərbi ekspert Üzeyir Cəfərov aydınlıq gətirib. 

Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan ordusunu cidi surətdə hazırlayır, hər ehtimala qarşı müharibəyə hazırlaşır: “Ordunun vəzifəsi döyüş təlimləri keçirmək, yeni texnika almaq, ehtimal edilən təhlükəyə qarşı öz nizam-intizamını artırmaqdır. Amma Ermənistanda vəziyyət daha ciddidir. Bu saat Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş qoşunlarda hərbi təlimlər keçirilir. Üstəlik də orduya yeni texnika cəlb edilməyə başlayıb. Rusiya Ermənistan ordusuna artıq yeni-yeni silah növləri verir. Ermənistan heç də əmin deyil ki, əhalini razı salıb Azərbaycan torpaqlarını geriyə qaytara biləcək. Ola bilsin ki, hardasa yenə də Ermənistanın qeyri konstruktiv mövqeyi üzə çıxa. Nəticə etibari ilə də Azərbaycan ordusunun hücumu ilə qarşılaşacaq”x9d. 



Hərbi ekspert Üzeyir Cəfərov da Ermənistanın yaxın zamanda müharibəyə hazırlaşdığını deyib: 

“Ermənistanın aprel ayının əvvəllərində aldığı zərbə həm Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığında olması, eyni zamanda da təriflənən erməni generalların, idarə və şöbə rəislərinin buraxdığı kobud səhvlərə görə oldu. İndi Ermənistanda kadr dəyişiklikləri aparmaqla həmin səhvləri düzəltməyə, ordunun döyüş hazırlığını bərpa etməyə çalışırlar. Bilirik ki, Ermənistan tərəfi itirdikləri mövqeləri geri qaytaracaqları ilə bağlı tez-tez bəyanatlar da səsləndirirlər. İndi baş verənlər o anlama gəlir ki, erməni tərəfi qüvvə toplayıb yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrinin üzərinə növbəti həmlələri, basqıları həyata keçirməyə hazırlaşır. Ancaq nə qədər dəyişiklik olsa belə xeyri yoxdur.

 Necə ki, köhnə maşına nə qədər bər-bəzək vursan da, detallarını dəyişsən də, yenə köhnə maşın olaraq qalır. Ermənilərin də bu gün üzləşdikləri vəziyyət ondan ibarətdir ki, nə qədər çalışsalar da, yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsinə çata bilməzlər. Çünki bunun üçün həm vaxtları azdır, həm də Azərbaycan Silahlı Qüvvələrinin inkişafı Ermənistan ordusunu xeyli geridə qoyub”x9d. 

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO