Camalə ermənidirmi - Üzə çıxan faktlar

Camalə ermənidirmi - Üzə çıxan faktlar

Hazırda oxunan: Camalə ermənidirmi - Üzə çıxan faktlar

136884
Bir sıra yerli saytlar Avroviziya-2016 müsabiqəsinin qalibi Camalənin adından belə bir açıqlama yayıblar: "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm...".
 
Azərfaks-ın əməkdaşı Ukraynanın UNİAN agentliyinə istinad olunan xəbərlə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, ukraynalı ifaçı nə Avroviziya-2016 müsabiqəsindən əvvəl, nə də müsabiqədən sonra belə bir açıqlama verib. Ümumiyyətlə, onun müsahibələrində hansısa millətə olan sevgisi barədə hər hansı vurğuya rast gəlinmir.
 
Qeyd edək ki, UNİAN agentliyi həqiqətən də müğənninin müsahibəsini yayımlayıb. Lakin orada bizim saytlarda yer almış cümlələr yoxdur. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz: Unian.net
 
Araşdırmamız zamanı o da məlum olub ki, Camalə Avroviziya müsabiqəsindən xeyli əvvəl verdiyi və tamam başqa bir saytda yayımlanmış müsahibədə ailəsi barədə suala belə bir cavab verib: “Когда менÑx8f Ñx81прашивают о корнÑx8fÑ…, то Ñx8f перечиÑx81лÑx8fÑŽ неÑx81колько национальноÑx81тей. Однако, неÑx81мотрÑx8f на то, что Ñx8f роÑx81ла на крымÑx81ко-татарÑx81кой земле, вÑx81егда много общалаÑx81ÑŒ Ñx81 армÑx8fнÑx81кими Ñx81емьÑx8fми, проводила Ñx81 ними времÑx8f, находилаÑx81ÑŒ в их Ñx81реде”x9d.
 
Göründüyü kimi, burada da ermənilərə xüsusi sevgidən söhbət getmir və ifaçı özünü erməni saydığı barədə bir kəlmə də işlətmir. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz: thenordar.com
 
Yerli saytlarımızda yayılmış xəbər belə təsəvvür yaradır ki, Camalə ermənilər barədə fikirləri Avroviziya-2016 müsabiqəsində əldə etdiyi qələbədən sonra səsləndirib. Ancaq ifaçının müsabiqədən sonra verdiyi bütün müsahibələr araşdırılıb və heç bir materialda "Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Qələbəmi ermənilərə də həsr edirəm" kimi fikirlərə rast gəlinməyib.
 
UNİAN agentliyində Avroviziya-2016 müsabiqəsindən sonra yayımlanmış və bilavasitə Camalədən bəhs olunan bütün xəbərləri diqqətinizə təqdim edirik.
 
//www.unian.net/society/1346078-datskoe-jyuri-oshibochno-nachislilo-ballyi-djamale-smi.html#ad-image-0
 
//www.unian.net/society/1345956-djamala-o-svoey-pobede-evropa-ponyala-i-pochuvstvovala-chto-eto-iskrenne-i-ukraina-na-100-zaslujila-eto.html#ad-image-0
 
//www.unian.net/society/1346057-rossiyskiy-advokat-initsiiruet-trebovanie-k-rossiyskomu-kanalu-izvinitsya-za-iskajenie-smyisla-pesni-djamalyi.html
 
//www.unian.net/society/1345901-djamala-vernulas-v-kiev-vjivuyu.html#ad-image-0
 
//www.unian.net/society/1345843-djamala-poluchit-zvanie-narodnoy-artistki-ukrainyi.html
 
Qeyd edək ki, yerli saytlarda yayımış xəbərlərdə Camalənin 2009-cu ildə başqa bir musiqi yarışmasında qalib olması ilə əlaqədar verdiyi müsahibənin videogörüntüləri də yer alıb. Orada ifaçı atasının Krım tatarı ”“ müsəlman olduğunu, anasının erməni ”“ xristian olduğunu deyir. Özünün dini etiqadına gəldikdə isə Camalə bütün dinlərə tolerant yanaşdığını, lakin islamı seçdiyini vurğulayır.

Onu da qeyd edək ki, heç erməni saytlarında da Camalənin adından belə bir açıqlama yayımlanmayıb. Əgər ifaçı belə bir şey desəydi, heç şübhəsiz ki, bu fikirlər erməni saytlarının manşetində olardı.
 
Göründüyü kimi, ukraynalı ifaçı heç bir yerdə ermənilərə xüsusi sevgisindən və qələbəsini onlara həsr etməsindən bir kəlmə də olsa danışmayıb. Maraqlıdır, ifaçının demədiyi sözləri onun adından təqdim etməkdə məqsəd nədir?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO