5 ildən sonra Yer kürəsində nə baş verəcək?  - Dünyanın sonudur?

5 ildən sonra Yer kürəsində nə baş verəcək? - Dünyanın sonudur?

Hazırda oxunan: 5 ildən sonra Yer kürəsində nə baş verəcək? - Dünyanın sonudur?

136607
5 ildən sonra Yer kürəsini qlobal fəlakət gözləyir. Amerika Birləşmiş Ştatlarının Oksford Universitetinin alimləri bu qənaətdədir. Onlar müəyyən edib ki, apokalipsisin ən mümkün ssenarisi asteroidlər supervulkanlar və sintetik viruslar olacaq. Lakin baş verəcək qlobal hadisələr bəşəriyyətin bütünlüklə yer üzündən silinməsinə gətirib çıxarmayacaq. Fəlakətlər ən azı 750 milyon insanın ölümüylə nəticələnə bilər.

“Qlobal prioritetlər”x9d layihəsinin direktoru Sebastian Farkvxaranın sözlərinə görə, ən böyük təhlükəni təbii fəlakətlər törədə bilər. Bu ilk növbədə nəhəng asteroidin Yerə düşməsi və supervulkanların püskürməsidir. Bəşəriyyət hazırki inkişaf dövründə bu təhlükələrin heç birini dəf etmək gücündə deyil.

Ən ciddi təhlükələr siyahısında ilk üçlükdə ölümcül təhlükəli viruslar da yer alır. Lakin söhbət təbii viruslardan yox, sintetik mənşəli bakteriyalardan gedir. Uzunmüddətli perspektivə gəlincə, alimlər təhlükəni iki əsas növə bölüb. Biri baş verə biləcək nüvə müharibəsi zamanı dünyanın sonu, digəri süni intellektin yaradılması üzrə aparılan işlərdir./atv.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO