ÜST koronavirusun ortaya çıxması ilə bağlı yeni versiya irəli sürdü

ÜST koronavirusun ortaya çıxması ilə bağlı yeni versiya irəli sürdü

Hazırda oxunan: ÜST koronavirusun ortaya çıxması ilə bağlı yeni versiya irəli sürdü

136040
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un ortaya çıxmasının yeni səbəbini açıqlayıblar.

Sfera.az bildirir ki, bu barədə "Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, gələn həftə bununla bağlı hesabatın yayımlanması gözlənilir.

ÜST-ün materiallarına görə, COVID-19-un meydana çıxmasına Çində heyvan ticarəti təsir edə bilər. İddialara görə, mütəxəssislər koronavirusla Ağır Kəskin Tənəffüs sindromu (SARS) yaradan virus arasında oxşarlıq tapıblar. Əvvəlcə onun daşıyıcıları yarasalar olub, insanlara isə kiçik məməlilər tərəfindən ötürülüb.

"Hələ tamamlanmayan işin bu mərhələsində gəldiyimiz əsas nəticəyə görə yeni koronavirus elə SARS-ın yarandığı yolla ortaya çıxıb”, - deyə ÜST-ün rəhbərliyi altında Uhana səfər edən britaniyalı zooloq Piter Dazsaka bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO