"Erməni tərəfi əsirlərin siyahısını vaxtında təqdim etmədi" - Lavrov

Hazırda oxunan: "Erməni tərəfi əsirlərin siyahısını vaxtında təqdim etmədi" - Lavrov

128723
"Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib. Noyabrın 9-u yekunlaşan hadisələr zamanı əsir düşənlərin dəyişdirilməsi baş tutub”.

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən söyləyib.

"Noyabrın sonu erməni çağırışçılardan ibarət böyük qrup Hadruta göndərilib və əsir düşüblər. Onlar dekabrın əvvəlində əsir düşüblər. Onlar 62 nəfər olublar. Azərbaycan tərəfi həmin mərhələdə bəyan edib ki, bu insanlar üçtərəfli bəyanatdan sonra əsir düşdüklərinə görə bu məsələyə ayrıca baxılmalıdır. Mən və Rusiya prezidenti bu məsələni bağlamaq üçün "hamının hamıya” prinsipini rəhbər tutmağın tərəfdarıyıq. Əgər bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək daha çətin olardı. Hazırda sülhməramlılar bununla məşğuldurlar”, - o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO