Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı bir çox evlərə sevinc gətirib.xa0
Əfv olunanları sırasında cəmiyyətin ən çox gözlədiyi isimlərə də rast gəlindi. Əfv olunanlar içərisində NİDA Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov da var. Nidaçı fəalın anası Mətanət Axundova Moderator.az-a açqıqlamasında bildirdi ki, azadlıq Rəşadət Axundovun halal haqqı idi:
“Biz hər əfv sərəncamı imzalananda Rəşadətin azad olunacağına ümid edirdik. Son bir ildə gözləntilərimiz doğrulmurdu. Mən çox pis olurdum. Azadlıq Rəşadətin halal haqqıdır. Hadisələr göstərdi ki, kim haqlıdır, kim haqsız. Rəşadətin ailəsinə, övladına qovuşmasına görə çox sevincliyəm.”x9d

































































































