"Bu şirkətlərin beynəlxalq kriminal-cinayət şəbəkələri ilə əlaqələri var"
Moderator.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Region TV-yə açıqlamasında bildirib.
Nazirlik rəsmisi XİN-in hazırladığı xa0“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər”x9d adlı hesabatda diqqət çəkən məqamlardan danışıb:xa0
"İşğal olunmuş Azərbaycan torpaqlarındakı təbii sərvətlər, xüsusilə də dağ-mədən sənayesi istiqamətindəki təbii resurslar Ermənistan tərəfindən amansızlıqla talan edilir. Burada nümunə olaraq Kəlbəcəri göstərmək olar. Ermənistan qızıl ixrac edən bir dövlət deyil, amma 2014-cü ildə dünya bazarına 3,6 ton qızıl çıxarıb. Buradan da bəlli olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Kəlbəcərdəki yataqlar talan edilmiş və oradan çıxarılan qızıl dünyaya satılmışdır. O cümlədən başqa sərvətlər də, məsələn, Tərtərin işğal olunmuş ərazilərindəki daş-kömür yataqları, digər ərazilərdəki dəmir filizi, gümüş və başqa təbii resurslar da çıxarılaraq satılmışdır".xa0
Hikmət Hacıyev işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən şirkətlərlə bağlı önəmli nüanslara diqqət çəkib: "Həmin bölgələrdə bu işləri həyata keçirən şirkətlər tamamilə qeyri-şəffaf, çirkli pulların yuyulmasına xidmət edən şirkətlərdir. Bu şirkətlər Ermənistan rəhbərliyindəki hərbi-siyasi şəxslərin şəxsi maraqları zəminində qurulmuş bir biznes mexanizmidir. Hətta, burada beynəlxalq kriminal-cinayət şəbəkələri ilə əlaqələr də görmək mümkündür. Bu prosesdə xüsusi olaraq diasporada, erməni lobbi dairələrində olan erməni əsilli xarici ölkə vətəndaşları iştirak edir. Bu maliyə axınının hansı məntəqədə başa çatdığını müəyyənləşdirmək də çox çətindir. Çünki xarici şirkət adı altında fəaliyyət göstərən şirkətlərin əksəriyyəti Kiprdə və Luksemburqda qeydiyyatda olan ofşor şirkətlərdir".
XİN rəsmisi işğal olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən başqa qeyri-qanuni fəaliyyətlər haqda da danışıb: "Eyni zamanda kənd təsərrüfatından əldə olunan məhsullar da qeyri-qanuni şəkildə dünyaya satılır. xa0Azərbaycan tərəfi olaraq, Ümumdünya Ticarət Təşkilatının qaydalarından çıxış edərək digər dövlətlər qarşısında tələblər qoyulmuşdur ki, bu qeyri-qanuni ixrac məsələsində ixrac olunan məhsulun mənşəyi aydın şəkildə qeyd olunmalıdır. Ermənistan tərəfindən ixrac olunan bu məhsullara Ermənistan etiketi yapşdırılır. İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni şəkildə arxeoloji qazıntıların həyata keçirilməsi də müşahidə olunur. Hesabatda bu məsələlər də öz əksini tapıb".






























































































