Şengen zonasına səfər edən gürcülərdən viza tələb olunmayacaq

Şengen zonasına səfər edən gürcülərdən viza tələb olunmayacaq

Hazırda oxunan: Şengen zonasına səfər edən gürcülərdən viza tələb olunmayacaq

125987

Moderator.az saytının əldə etdiyi məlumata görə Gürcüstan vətəndaşlarına Şengen zonasına vizasız gediş üçün təklif artıq Avropa Parlamentinə təqdim olunub. Bu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi Əvəz Həsənova müraciət etdik. Onun sözlərinə görə, Avropa Komissiyasından yayılan məlumata görə, komissiya artıq Avropa Birliyi Şurasına və Avropa Parlamentinə Şengen zonasına səfər edən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv olunmasını təklif edib. Komissiyanın bu təklifi 2015-ci il dekabr ayında Gürcüstanın viza rejiminin sadələşdirilməsi ilə bağlı fəaliyyət planını uğurla yerinə yetirməsi haqqında verdiyi qiymətdən sonra mümkün olmuşdur. Avropa Parlamenti əgər komissiyanın təkliflərini qəbul edəcəksə bundan sonra biometrik passport sahibi olan Gürcüstan vətəndaşlarına qısa müddətli - 90 gün ərzində Şengen zonasına səfər edən zaman viza tələb olunmayacaqdır.

Ə.Həsənov qeyd edib ki, viza rejiminin Gürcüstan vətəndaşları üçün ləğv olunması insanlar arasında kontaktların yaradılmasına və mədəni əlaqələrin qurulmasına böyük əhəmiyyəti olacaqdır. O, Azərbaycanın da nə zamansa viza rejiminin sadələşdirilməsi ilə bağlı prosesləri uğurla yekunlaşdıracağına ümid etdiyini bildirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO