“Yeni Müsavat”x9d qəzetində dərc olunmuş “Elçibəy iqtidarının fevral səhvləri”x9d sərlövhəli yazı keçmiş müdafiə naziri Rəhim Qazıyevin qəzəbinə səbəb olub və o, saytımıza göndərdiyi yazıda Elçibəy komandasının bir çox üzvləri haqqında ciddi ittihamlar irəli sürüb.xa0
“Yeni Müsavat”x9dda gedən həmin yazının müəllifinin Elçibəy iqtidarının hakimiyyətdən getməsinə səbəb olan əsas fiqur kimi Surət Hüseyinovu qabartması Rəhim Qazıyevi əsəbiləşdirib və o da öz növbəsində əks-arqumentlərlə kimin daha çox günahkar olduğunu sübuta yetirməyə çalışıb.xa0
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş Pənah HüseyninMilli Məclisin 4 iyun 1993-cü il Gəncə hadisələrini təhqiq edən deputat-istintaq komissiyasına təqdim etdiyi materialdan hissələr təqdim edəcək. Bu materialdan parçalar 1993-cü ildə mətbuatda "Cinayətimiz məğlubiyyətimizdir" sərlövhəsi ilə dərc olunub və böyük rezonansa səbəb olub.
Əminik ki, ayıq oxucu bu hissələri oxuyandan sonra özü üçün çox məqamları dəqiqləşdirəcək.xa0
Əvvəli burada:xa0
"... Baş nazir Sürət Hüseynov iştirak ilk brifinqdə Gəncədə girov saxlanılanların taleyi barədə verilən suala cavab olaraq deyirsə ki, onların cinayəti artıq sübut olunub (daha təcrübəli siyasi xadim baş nazir olduqdan sonra əlbəttə belə deməzdi. Onların əməlinə ədalət məhkəməsi qiymət verəcək-deyərdi) qəbul edin ki, indiki şəraitdə Gəncə hadisələri barədə aparılacaq təhqiqatın obyektivliyinə ümid etmək, yumşaq desək, sadəlövlük olardı...
... Aprelin birinci ongünlüyündə Müdafiə Nazirliyi DİN ilə birlikdə Surət Hüseynovun da iştirakı ilə Kəlbəcəri azad etmək üçün əməliyyat hazırlamışdı və bizə verilmiş məlumata görə, hərbi hissənin daha doğrusu, Surət Hüseynovun dəstələrinin günahı üzündən əməliyyatın birinci mərhələsi pozulmuşdu. Məhz həmin günlərdə biz prezidentə və Ali Sovetin sədrinə ünvanlanmış və 709 N-li hərbi hissənin bir neçə zabiti, həmçinin bir neçə şəxs tərəfindən imzalanmış teleqram aldıq. Həmin teleqramda deyilirdi ki, 709 N-li hərbi hissənin bazasında hərbi birlik yaradılır və hərbi birliyi təmsil etmək üçün Surət Hüseynov vəkil edilir. Həmin günlərdə Kəlbəcərdə vəziyyət elə idi ki, belə teleqramlara diqqət yetirməyə vaxt belə yox idi. Teleqramın alınmasından 1-2 sonra Kəlbəcərin azad olunması üçün hazırlanmış əməliyyatın gedişi ilə tanış olmaq üçün mən Gəncəyə uçdum. Müdafiə naziri Dadaş Rzayev, DİN-dən əməliyyat üçün səlahiyyətli şəxs Eldar Həsənov da Gəncədə idi. Mən Surət Hüseynovu da dəvət etdim və Gəncə icra hakimiyyəti qonaq evində keçirilən müşavirədə məlum oldu ki, Müdafiə Nazirliyi və Surət Hüseynovun hərəkət planı üst-üstə düşmür. Surət Hüseynov Müdafiə Nazirliyində hazırlanmış əməliyyat planına uyğun hərəkət etməyəcəyini dedi və Eldar Həsənov təklikdə mənə bildirdi ki, bu əməliyyatdan bir şey çıxmayacaq. Sonradan belə də oldu...xa0
... Həmin dövrdən Surət Hüseynovun dəstələri (709 N-li hərbi hissə) bir müddət Goranboy mövqelərində yerləşdirildi. Lakin bir neçə çobanın öldürülməsi və başqa üstü açılmayan dalbadal cinayət hadisələrindən sonra Goranboyun yerli silahlı qüvvələri və Goranboy icra hakimiyyəti arasında narazılıqlar artamağa başladı və həmin qüvvələr yenidən Gəncədə və daha sonra Seyfəlidə yerləşdirildi. xa0
... Ümumiyyətlə isə may ayının ikinci ongünlüyündən başlayaraq mayın axırında Gəncədə hökumət əleyhinə nə isə olacağı haqqında söz-söhbət respublikaya geniş yayılmağa başlamışdı. Siyasətlə maraqlanan hər kəs o dövrü xatırlasa, bunun belə olduğuna əmin ola bilər. İndi qəti demək olar ki, həmin şaiyələr məqsədyönlü şəkildə yayılırmış və planlaşdırılmış çıxış üçün psixoloji mühit yaratmaq məqsədi daşıyırmış. Rəhim Qazıyevin mən baş nazir təyin oldunduğum Milli Məclisin iclasında "bir aydan sonra vətəndaş müharibəsi olacaq" deməsi əlbəttə elə-belə deyilmiş. Ali Sovetin sessiyasını Gəncədə keçirmək söhbətinin də əsası, şübhəsiz, Surət Hüseynov faktoruna gedib çıxırdı və s. Lakin biz həmin dövrdə hesab edirdik ki, əsas təxribatı 104-cü dviziyadan gözləmək lazımdır. Belə sayırdıq ki, əsas məsələ Şerbakı və onun qoşununu tezliklə Gəncədən çıxarmaqdır, mümkün qədər tez və həmin diviziyanın əslində başa düşmədiyimiz, daha doğrusu, izah edə bilmədiyimiz sürətli çıxışını özümüzün qələbəsi hesab edirdik. Azərbaycan nəinki SSRİ respublikaları, hətta az qala Varşava bloku ölkələri arasında yeganə dövlət idi ki, rus qoşunları tərəfindən tamamilə tərk edilmişdi...
...Mənə məlum idi ki, prezident İsa bəyə tapşırmışdı ki, Gəncəyə Surətin yanına ağsaqqalları göndərsin. İsa bəy Tofiq Bağırovdan xahiş edib göndərmişdi. Tofiq Bağırovun S. Hüseynovla söhbəti yaxşı alınmamışdı. Mən dəqiq xatırlayıram ki, prezident Tofiq Bağırovun görüşünün nəticəsi ilə maraqlandıqda İsa bəy dedi: Tofiq müəllim çox peşman qayıdıb və deyib ki, artıq onun (yəni S.Huseynovun) başını yeyiblər. Yenə iyunun əvvəlində, mayın axırında N.Pənahovun Gəncəyə gedib-gəlməsi haqqında məlumat gəldi.xa0
Məönim iştirak etdiyim bütün söhbətlərdə, heç vaxt hökumət qüvvələri tərəfindən silah tətbiq edilməsindən söhbət getməyib. İndi elə danışırlar ki, guya Gəncəyə minlərlə qoşun yığılıbmış. Əvvəla bu rəqəm həddindən artıq şüurlu şəkildə şişirdilib. İkincisi yaddan çıxardılar ki, Gəncə özü demək olar ki, cəbhə xəttidir və üçüncüsü, yuxarıda gətirildiyi kimi, mayın ikinci yarısında hökumət Gəncədən gələn xəbərlərdən narahat idi və təbii olaraq ora xeyli qüvvə cəmləşdirməsi heç konkret 04 iyuna hazırlıqla bağlı deyildi. Şübhəsiz ki, Müdafiə Nazirliyi 709 N-li briqadanın buraxılması haqqında qərarın icrası zamanı şəhərdə müyyən qarışıqlıq salınması ehtimalına qarşı da müəyyən hazırlıq aparılmasını nəzərdə tutmuş və müdafiə nazirinin DİN və MTN ilə danışıqları da buna aid olmalı idi, nə qədər ki mənə məlumdur.xa0
Təsadüfü deyil ki, 4 iyunda həmin qüvvələrin çox böyük əksəriyyəti silahlı münaqişədə iştirak etməmişdi və onlara belə bir tapşırıq da verilməmişdi.xa0
... Siz də, Milli Məclis də, siyasi əleyhdarlarımız da ən azı ürəklərinin içində Gəncədə nə baş verdiyini bilir. Bunu ən ümumi mənada anlamaq üçün nə sizin komissiyanın, nə başqa bir təhqiqat orqanının işinə heç bir ehtiyac yoxdur. Axı, həqiqətən elə şeylər var ki, onları sübut etməyə ehtiyac qalmır. Onlar öz-özlüyündə aydındır. 1993-cü ilin iyunun 4-də Azərbaycan hökümət orqanları əvvəlcədən qəbul xa0olunmuş qərara və plana uyğun olaraq çox böyük qeyri-qanuni silahlı dəstəni və onun təşkilatlarını zərərsizləşdirməyə cəhd göstərib, buna nail ola bilməyib. Həmin silahlı dəstə hökuməti devirmək istiqamətində hərəkətə başlayıb (bunun Azərbaycan türkcəsində adı qiyamdır). Əslində qiyam 04.05.1993-cü ildə yox, 709 N-li hərbi hissə Müdafiə Nazirliyinin əmr və göstərişlərinə tabe olmaqdan imtina etdiyi andan başlamışdı. İstəyirsiniz, onun adına üsyan, xalq hərəkatı deyin. Sizi inandırıram ki, bunun elə bir əhəmiyyəti yoxdur (Rəsmi hökumət, yəni biz məğlub olmuşuq, birdəfəlik, yoxsa müvəqqəti, bunu tarixin öhdəsinə buraxaq). Məğlub olmaqla da cinayət eləmişik. Bizim cinayətimiz bizim məğlubiyyətimizdir...."
SONxa0
































































































